“Azərbaycan Demokratik Tələbə Gənçlər Təşkilatı” İB-nin sədri Asif Ələsgərlinin müsahibəsi

“Azərbaycan Demokratik Tələbə Gənçlər Təşkilatı” İB-nin sədri Asif Ələsgərlinin müsahibəsi Asif müəllim, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

Koranavirus İnfeksiyasının qlobal pandemiya elan olundugu vaxtan bəri Azərbaycanda həmn istər dövlət, hökümət tərəfindən, istər eyni zamanda cəmiyyətin özünün müxtəlif təbəqələri və strukturları tərəfindən bir çox qabaqlayıcı mübarizə tədbirləriniə start verilb. Burada Azərbaycan dövlətinin, xüsüsən də cənab Prezidentin bu işə cox mobil şəkildə reaksiyası, höküməti bu işə səfərbər etməsi və atdığı adımlar həqiqətən də cəmiyyət tərəfindən yüksək qiymətləndirilməkdədir. Başqa ölkələrin nümünəsində biz gördük ki, məsələn avropa ölkələrində bu işə bir qədər ciddi yanaşmamaları ağır nəticələrə gətirib cıxartdı. Amma Azərbaycan cəmiyyətində bunun qarşısının alması istiqamətində, dövlətin atdığı addımlar – qısa bir vaxtda Operativ Qərargahın yaradılması, dövlətin, hökümət üzvlərinin bu işə cəlb olunması, Operativ Qərargahın aldığı qərarlar, atılan digər addımlar təbi ki, bu sahədə bizim ölkədə bu infeksiyanın geniş yayılmasının qarşısının alınmasının efektivliyini artırdı. Mən xüsusulə onu qeyd edə bilərəm ki, “Evdə qal” və sosial izolyasiya baxımından atılan addımlar öz efektivliyini verir. Məsələn hakimiyyət tərəfindən qısa vaxtda təhsil müəssələrinin bağlanması, bununla bağlı onlayn təhsilə kecilməsi, eyni zamanda dövlət strukturlarının, digər sahələrdə işləyən işcilərin fəaliyyətinin qayandırılması və izolyasiya olunması, yalnız həyati əhəmiyyəti olan müəssələrin fəaliyyətlərinə icazənin verilməsi, eyni zamanda dövlət tərəfindən ehtiyacı olan insanlara sosial yardım göstərilməsi üzrə tədbirlər planının hazırlanması diqqətə layiq hal oldu. Dörd istiqamət üzrə işci qrupların yaradılması və hər bir işci qrup tərəfindən özəl sektorda müxtəlif sahələri əhatə edən, eyni zamanda zərər cəkmiş sahələrdə olan insanların müəyyənləşdirilməsi və onlara dövlət yardımının göstərilməsi, hökümət tətəfindən qısa bir vaxtda koronavirusa qarşı mübarizə fondunun yaradılması və cənab Prezident tərəfindən 2,5 milyarda yaxın vəsaitin pandemiya ilə mübarizə məqsədlərinə ayrılması cox böyük yanaşmadı. Təsəvvür edin ki, başqa ölkələrlə müqayisədə ayrılan vəsait ümumi daxili məhsulun 3 faizindən də artıq məbləğ təşkil etdi. Başqa ölkələrdə 1, 2 faiz təşkil etdiyyi halda, Azərbaycanda 3 faizdən də artıq göstərməsi zərər görmüş insanlara, özəl və digər strukturlara, fəaliyyəti məhdudlaşdırılmış digər sahələrin insanlarına qayğının göstəricisidir.

Vətəndaşlarımızın böyük əksəriyyətinin sosial izolyasiya ilə bağlı məsələlərə ciddi yanaşmalarına rəğmən, təəssüf ki, bəzi insanlarımızın qaydaları bilərəkdən və ya bilməyərəkdən pozduqları hallar da var. Amma bunlar az bir qismidir. Cəmiyyətimizin həmrəylik nümayiş etdirməsi, birlik nümayiş etdirməsi təqdirəlayiq haldır. İnsanlarımıza bir daha səslənib deyirik ki, evdə qalmaqla əzizlərinizi uşaqlarınızı, insanları qorumuş olursuz. Eyni zamandada cəmiyyətimizə sağlamlıq ücün dəstək vermiş olursuz.

Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

Cənab Prezidentimizin yeni secilmiş VI cağrış Milli Məclisin ilk acılış iclasında söylədiyi fikirlər, o cümlədən Azərbaycanda yeni siyasi mühitin, siyasi eranın yaranmasını elan etməsi, Azərbaycanda bütün müxalif qüvvələrə, bütün siyasi partiyalara müraciət etməsi və onları həmrəyliyə dəvət etməsi cox böyük bir jestdir, syasi iradənin ortaya qoyulmasıdır. Maraqlıdır ki, cənab Prezidentimiz bununla da Azərbaycanda siyasi partiyalarla dövlətin, hökumətin əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi. Dövlət başçısı bu müraciətində də, Novruz bayramında xalqa müraciətində də bir daha bu fikri səsləndirdi ki, Azərbaycan dövləti siyasi partiyaları özünə düşmən yox, tərəfdaş görür, əməkdaşlıq partnyoru görür və cəmiyyəti maraqlandıran istənilən sahələrdə əməkdaşlıq etməyə, onların fikirlərini dinləməyə hər zaman hazırdır. Azərbaycanda ilk dəfə olaraq Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsini yaradılması özü də əyani nümunədir ki, dövlət siyasi partiyalarla, qanunverici hakimiyyətdə təmsil olunan bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırdır.



Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunması böyük nailiyyətdir. Baxın, ilk dəfə olaraq Azərbaycanda parlament rəhbərliyində, sədarətində müxalif partiyanın nümayəndəsinin kürsü tutması, komitə sədri olması, bir cox partiya nümayəndələrinin komitə sədrlərinin müavini vəzifəsi tutması bir daha onu göstərir ki, Milli Məclisin gələcək fəaliyyətində səmərəli şəkildə qarşılıqlı əməkdaşlıq hökm sürəcək.

Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

Qısa bir vaxtda dövlət başcısının bu işə ciddi şəkildə yanaşması, hökumətə verdiyi tapşırıqlar əsasında Sumqayıt Kimya Sənaye Parkında müasir standartlara uyğun tibbi maska istehsalı müəssəsisi açıldı. Keyfiyyətli avadanlıqların alınması, xammalın gətirilməsi, Azərbaycanda bu gün daxili tələbatı ödəyəcək, eləcə də gələcəkdə başqa ölkələrə ixracı nəzərdə tutan belə bir zavodun acılması həqiqqətən də dövlət başcısının hökumət qarşısında qoyduğu vəzifələri hökumətin də qısa bir vaxtda çox səmərəli və operativ şəkildə həyata kecirməsinin nümayişi oldu. Eynu zamanda bir daha cənab Prezidentimiz insanlarımıza qayğının əsas prioritet istiqamət olduğunu göstərdi. Eyni zamanda 65 yaşdan yuxarı insanların, risk qrupunda olan insanların qorunması, təkcə evdə oturan insanların deyil, yəni məhbus həyatı yaşayan insanların da azad olunması barəsində verdiyi sərəncamı həqiqqətən də dövlət başçımızın humanist bir insan olduğunu və humanist addım atmağa hər zaman hazır olduğunu göstərir. Cənab Prezident hər zaman özünün hümanist siyasətilə bir örnək olub. Dövlət başçımızın qayğısı bütün vətəndaşların sağlam yaşam mühitinin qarantı kimi qiymətləndirilməlidir. Dilqəm Əliyyev Gununxeberiaz

Oxşar xəbərlər