Bakıda dəhşət: Qadını qonaq adı ilə aparıb evdə başını kəsdilər — VİDEO

Bakıda dəhşət: Qadını qonaq adı ilə aparıb evdə başını kəsdilər — VİDEO 2019-cu ilin iyulun 5-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi məcburi köçkünlərin yaşadığı binada baş vermiş dəhşətli hadisənin təfərrüatı məlum olub.
Xocalı şəhərindən məcburi köçkün olan 1969-cu il təvəllüdlü Aybəniz Kazımova çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib. Daha sonra qadının başı kəsilib.

Oxu.24 xəbər verir ki, hadisə ilə bağlı Space TV-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini danış" verilişində qətlə yetirilmiş şəxsin qohumları qətlin şok təfərrüatını açıqlayıb.

Zərərçəkmiş şəxsin yaxınları qətldə onlar üçün qaranlıq məqamların olduğunu və qətli törədən şəxsin gizlədildiyini iddia ediblər.

Qətlə yetirilən şəxsin xalası Elyana Nurməmmədova açıqlamasında qətlin necə baş verdiyini açıqlayıb.

“Qətl baş verməmişdən iki gün öncə bacım qızı Aybəniz qardaşına və eltisinə təsadüfi söhbət zamanı deyib ki, onda müəyyən sirrlər var. Amma bu sirrin nə olduğunu deməyib. Heç qardaşı da söhbətin üstünə çox getməyib. Bircə onu deyib ki, qaynı Fərhad Allahverdiyevin ailəsi ilə bağlı ağır sirri bilir. Aybənizin həmişə Fərhadgilnən problemi olub. O vaxtdan münasibətləri olmayıb. Son illərdir ki, barışmışdılar. Fərhad ağır xəstə yatırdı. Vərəm xəstəsi idi. Hadisədən bir gün əvvəl Aybəniz yoldaşı ilə gedib Fərhada dəyibmiş. Aralarında heç bir narazılıq, mübahisə ,başqa söz-söhbət olmayıb.

Üstündən bir gün keçəndən sonra Aybənizin baldızı qızları rayondan Bakıya gəlib. Qızlar Aybənizə deyiblər ki, xəstə yatan dayıları Fərhadı görmək istəyirlər. Amma evin yerini bilmirlər. Saat hardasa axşam 7-i olub. Aybəniz baldızı qızlarını da götürüb qaynının yaşadığı binaya gedib. Qətl həmin gün, həmin evdə müəmmalı şəkildə baş verib. Həmin gün evdə Aybənizi qətlə yetirdiyi deyilən qaynı Fərhad Abdullayev, onun arvadı Tərlan Allahverdiyeva,Fərhadın bacısı qızları Gülsarə və Günay bacıları, Günayın qayınanası Qiyamət və Fərhadın oğlu Afiq olub. İndi bizdə sual yaranır. Bu qədər adamın içəriisndə ölüm ayağında olan xəstə bir adam Aybənizə

9 bıçağı necə vurub və başını necə kəsib?”

Hadisə nə üstündə baş verib? Qətlin sirr pərdəsinin arxasında nə dayanır?

Elyana Nurməmmədova bildirir ki, bacısı qızını ora planlı şəkildə aparıblar. Qətlin isə ölüm ayağında olan, xəstə kişi tərəfindən tək törədilməsi onlar üçün şübhəli məqamdır. Onlar ehtimal edir ki, Fərhad Abdullayev Aybənizi tək qətlə yetirə bilməzdi.

“ Bacım qızının qətli əvvəlcədən planlaşdırılmış şəkildə təşkil olunub. Necə olur ki, rayondan Bakıya gələn Günay və Gülsarə bacıları dayılarının evinin yerini bilmirdi? Onlar Aybənizi əvvəlcədən hazırladıqları plana uyğun olaraq xəstəni yoxlamaq adı ilə evə aparıblar. Oradaca vəhşicəsinə onu öldürüblər.

Daha sonra qətli ölüm ayağında olan, xəstə Fərhadın üstünə atıblar. Guya Fərhad Aybənizi bıçaqla vuranda deyib ki, Aybənizi ona qurd yağı yedirtdiyinə görə öldürür. Bu ağ yalandır. Aybəniz hadisədən bir gün qabaq əri ilə həmin evdə olanda niyə bu məsələ olmayıb?

Buradan adi bir məntiqi sual çıxır. Əli əsən, yataqda xəstə olan 60 yaşlı kişi cavan və sağlam qadına 9 bıçaq vurub,daha sonra onun başını kəsə bilərmi?

Və bu hadisə baş verən zaman bir otaqlı evdə olan o qədər adam bundan necə xəbər tutmayıb? Bir nəfər necə olub ki, həkimə, polisə, qonşuya xəbər verməyib? Siz buna inanırsınızmı?
Həmin adam təkbaşına bu qətli törədə bilməz. Ən azından bunun ona fiziki cəhətdən gücü çata bilməz. Xəstə adam uzağı ona 1-2 bıçaq vura bilər. Adam başı kəsmək heç də asan iş deyil. Adam toyuq deyil ki, başın kəsən kimi ölsün.

O qədər millətin içərisində, xəstə adam təkbaşına cavan və sağlam gəlinə 9 bıçağı vurub, başını kəsə bilərdimi? Bəs evdə olan digər 5 nəfər nə edib?”

Qətlə yetirilən Aybəniz Kazımovanın xalası Elyana Nurməmmədova iddia edib ki, bacısı qızı Aybəniz həmin ailənin sirrini bildiyi üçün əvvəlcədən hazırlanmış plan əsasında qətlə yetirilib.

“ Burada qaranlıq məqamlar çoxdur. Aybənizi çağırıb ora aparan baldızı qızları Günay və Gülsarə ilkin dindirilmə zamanı fərqli ifadələr veriblər. Qızlardan biri deyib ki, əvvəllər dayısının evinə gedib. Əgər onlar dayısının evinin yerini bilirdisə, niyə Aybənizi ora evin yerini göstərmək adı ilə aparıblar? Onlar istintaqa yalan ifadə verirlər. Deyirlər ki, guya qətli görməyiblər. Həmin vaxt evdə olmayıblar. Onlar qətl baş verən zaman hamısı evdə olub və hər şeyi görüblər.

Hadisə baş verən zaman qonşular səs-küy eşidib.Gəlib qapını döyüblər ki, sizdə nə olub? Fərhadın arvadı Tərlan qapını örtüb ki, bizdə heç nə olmayıb, uşaqlar səs-küy salır. Görünür ki, onlar Aybənizin tam ölməsini gözləyiblər. Öləndən sonra saat 11-də qonşular həkimə zəng edib.

Tutaq ki, Aybənizi Fərhad vurub. Bəs evdə olan o qədər adamdan niyə bir nəfər polisə, həkimə zəng etməyib? Qonşular deyir ki, hadisə baş verən zaman Fərhadın oğlu Afiq üstü-başı qan içərisində evdən çıxıb. Onun üstündə qan hardan imiş? Hadisədən sonra əraziyə polis gələndə evdə olan bütün adamlar binanın arxasında maşına mindirilib ərazidən qaçırılıb. Bunlar hamısı izi itirmək üçün əvvəlcədən qurulmuş plan olub.

Cinayətdə müəmma: Qatil bir saat əvvəl qadının evinə nəyə gəlibmiş?

Elyana Nurməmmədova bildirir ki, hadisə baş verən gün o Aybənizgildə olub.Hadisədən bir neçə saat əvvəl Fərhadın Aybənizin arxasınca onların evinə gəldiyini görüb.

“Həmin günü mən Aybənizgildəydim. Aybəniz evi yığışdırmağa başladı. Qızının uşağını mənə verdi ki, saxlayım. Birdən gördüm ki, qapı açıldı. Fərhad əsə-əsə girdi evə. Özlüyümdə sual verdim ki, bu ölüm ayağındadır. Durub bu vəziyyətdə necə gəlib Aybənizgilə?

Özümü saxlaya bilməyib soruşdum ki, bura necə gəlmisən. Fərhad yalandan dedi ki, Aybənizgilin evinin yanına aptekdən dərman almağa gəlib. Halbuki, özlərinin evinin yanında aptek var. Mənə sonradan məlum oldu ki, Fərhad Aybənizin arxasınca evə planlı şəkildə gəlibmiş. Məni orda gördükdən sonra çıxıb gedib. Fərhad taksi tutub Aybənizin evinə gələndə arvadı Tərlan aşağıda taksidə oturub onu gözləyirmiş.”

Hadisə zamanı tapılan bıçaqlar kimin olub?

Elyana Nurməmmədovanın sözlərinə görə, evdən 6 ədəd bıçaq tapılıb. Onlardan 3-dən qətldə istifadə olunub.Amma həmin bıçaqlarda kimin əl izinin olması faktı bizə məlum deyil.

Xatırladaq ki, 1969-cu il təvəllüdlü Aybəniz Kazımovanı qətlə yetirən şəxs Fərhad Abdullayev daha sonra özünə xəsarət yetirib. O, bir neçə gün sonra xəstəxanada vəfat edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Oxşar xəbərlər