Salyanda həyat yoldaşı Mehbarə Qurbanovanı və dörd qızını amansızcasına qətlə yetirmiş Fərhad Əliyevin evi dövlətə verilə bilər.
"Ölkə.Az" -ın məlumatına görə, bu barədə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində M.Qurbanovanın qardaşı Elnur Qurbanov bildirib:
"Dəfələrlə Fərhadın qardaşı Raislə aralarında həmin ev üstündə davaları olub. İndi istəyirik ki, həmin torpaq dövlətin balansına keçsin. Bizə də lazım deyil. İstəyirik orada park salınsın. Ancaq hələ rayon rəhbərliyinə müraciət etməmişik".
Salyandakı qətliamın dəhşətli sirləri açılır — Ana öldürüldükdən sonra oğul gedib onun məvacibini alıb xərcləyibmiş - REPORTAJ - VİDEO
Qeyd edək ki, üç il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehbarə Qurbanova və dörd qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları Fərhad Əliyev tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. Qeyd edilir ki, bu işdə ona oğlu Fəqan Əliyev kömək edib. Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib, barələrində həbs qətimkan tədbiri seçilib.