Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətdiyini desə də, mərhumun anası bunun yalan olduğunu deyir.
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının boğazını kəsərək və bədəninə 18 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən 49 yaşlı Tufan Qurbanovun məhkəməsi keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilmə mərhələsi davam etdirilib.
Nəsimi Rayon Polis İdarəsi, 19-cu Polis Bölməsinin əməkdaşı Kamal Quliyev ifadəsində şahid kimi dindirilən zaman bildirib ki, 2019-cu ilin əvvəlində Tufan Qurbanov ona zəng edərək qaz sayğacının qırıldığını deyib: “Mən həm onunla tanış idim, həm də ərazinin sahə müvəkkiliyəm. Həyətlərinə gedib baxdım, Tufan dedi ki, həyat yoldaşım edib. Dedim ayıbdır, bunu polisə belə demə. Tufan dedi ki, yox, sən bilmirsən, mənim ailəmlə intriqam var. Bir həftədən sonra gördüm ki, Tufanın qayınanası balaca qızla polis bölməsinin qabağındadır. Qadından nə üçün gəldiyini maraqlandım, dedi, Tufan qızımı boşayır, nəvəmin də paltarlarını vermir, hava soyuqdur deyə uşaq məktəbə gedə bilmir. Mən Tufana zəng edib danışdım, dedi, bura öz evləridir, gəlib paltarları aparsınlar. On dəqiqə sonra Tufan mənə zəng edib dedi ki, “Kamal müəllim, yudum”. Dedim, başa düşmədim, nəyi? Dedi, “namusumu, qeyrətimi yudum, başını kəsdim. Mən daha kənddə camaatın üzünə dik baxacam. Nə qədər ki, burdayam, gəl məni tut apar”. Dedim, olduğun yerdə gözlə, gəlirəm. Tez ora getdim, yolda olanda rəhbərliyə də məlumat verdim. Çatanda gördüm, qadının başını kəsib, başı bədəndən ayrı deyildi, amma xırtdəyini kəsmişdi. Qadın artıq ölmüşdü, Tufan da həyətdə dayanmışdı. Onu maşına mindirib şöbəyə gətirdim”.
Hakim şahidə qadının meyidinin şəklini göstərib və polis fotodakı xəsarətin hadisə yerində gördüyü ilə eyni olduğunu təsdiqləyib. Hakim bildirib ki, bu başkəsmə yox, boğaz nahiyəsindən bıçaq xəsarətidir.
Daha sonra şahid Nüsrət Vahabov ifadə verib və T.Qurbanovun qonşusu olduğunu deyib: “Qadının qışqırtı səsləri gəldi, mən onların həyətinə girəndə artıq hadisə olmuşdu. Polislər Tufanı maşına mindirib aparanda qışqırırdı ki, “bütün qonşular eşidin, namusumu təmizlədim”.
Tufan Qurbanov deyib ki, arvadı xəstəxanada işləyib: “Telefonunu xəstəxanada qoyub gəlirdi, orada başqa kişiylə yazışırdı, şəkillər də vardı telefonunda. Gecə “smen” adı ilə evdən çıxırdı, hara getdiyi də bilinmirdi”.
Hakim bildirib ki, işdə əsas şahid olan Zakir Xudiyev məhkəmə çağırışlarına cavab vermir, prosesə gəlmir.
Məlum olub ki, həmin şəxs istintaqda da problem yaradıb, tez-tez istintaqdan yayınırmış.
Məlumata görə. Z.Xudiyevin T.Qurbanovun mərhum arvadı Lalə ilə münasibəti olub və Tufan arvadını Zakirə görə öldürüb.
Mərhumun anası, hüquqi varisi Səmimə İsmayılova ifadə verib. O deyib ki, qızının öldürülməsi ilə bağlı deyilənlər yalandır:
“Onlar 1997-ci ildə ailə qurublar. 5 il övladları olmadı. Sonra 3 uşaqları dünyaya gəldi. Münasibətləri də sonuncu uşaqdan sonra pozuldu. Bu dedi ki, üçüncü uşaq bundan deyil. Dedim ki, Allahın var, bu nə sözdür? Həmin söz hələ də qulağımdadır. Bu adam heç yerdə işləməyib. Harda da işləyib arxasınca polis gəlib. İşlədiyi yerdən oğurluq edib. Qızım əziyyət çəkib, zülm görüb. Əriştə kəsib, düşbərə büküb, satıb, pul qazanıb. Mən onun uşaqlarına özüm baxmışam. Bütün müalicələrini özüm eləmişəm. Sənədlərin hamısı evdədir. Qızım illərlə döyülüb, işgəncə görüb. Çənəsini sındırıb, başına ağır zərbələr endirib. Qızım iki dəfə də polisə şikayət eləmişdi. Axırıncı dəfə dedi ki, artıq bezib, yaşaya bilmir”.
Mərhumun anası deyib ki, qızı boşanmaq istədiyi üçün öldürülüb. O bildirib ki, qızı haqda deyilənlər yalandır.
Xatırladaq ki, hadisə 2019-cu il fevralın 11-də Binəqədi rayonu ərazisində baş verib.
Gündüz saat 13:00 radələrində İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib. Qətldə onun 49 yaşlı əri Qurbanov Tufan Baba oğlu günahlandırılır. Ehtimala görə, sözügedən tarixdə kişi böyük mətbəx bıçağı ilə arvadına 18 bıçaq zərbəsi endirib və onun boğazını kəsib.
Tufan Qurbanov qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.