“İraqdakı ABŞ bazalarına hücum bölgə miqyasında nəhəng əməliyyatların başlanğıcı idi”.
Bunu İran Silahlı Qüvvələrinin (SEPAH) Kosmik və Aviasiya İdarəsinin rəisi, general Əmir Əli Hacızadə deyib.
General qeyd edib ki, ABŞ hücumlara cavab verəcəyi halda 4-5 min itki ilə üzləşəcəkdi.
Hacızadə açıqlamasında ABŞ Prezidenti Donald Trampı öldürməkdən də bəhs edib: “Amerika bazalarına yüzlərlə raket zərbəsi endirə bilərdik, amma cəmi 13 raket atdıq. Kimsəni öldürmək istəmirdik, buna baxmayaraq onlarla amerikalı hərbçi öldü və yaralandı. Əməliyyatın ilk mərhələsində 500 nəfəri öldürə bilərdik, amma cavab verilsəydi bu rəqəm 4-5 min nəfər olacaqdı.
Biz şəhidlərimizin qanına dəyər ölçmürük. Hətta Trampı belə öldürsəydik, şəhid edilən Süleymaniyə bərabər təzminat olmazdı”. (teleqraf.com)