Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 4-də Bratislavada keçirilən 4 saatlıq görüşü İrəvanda ciddi müzakirələrə səbəb olub.
Buna səbəb xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan tərəfinin xüsusilə “Lavrov planı”nı təqdim etməsi ilə bağlı sözləridir.
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan isə məsələ ilə bağlı susub. Əvəzində onun sözçüsü Anna Naqdalyan “masada konkret olaraq heç bir sənədin müzakirə edilmədiyini” açıqlayıb.
Lakin əsas sual nazirlərin 4 saata yaxın müddətdə nəyi müzakirə etməsidir. Ermənistanda narahatlıq yaradan məqam da budur.
Şənbə günü Ermənistanın parlamentdən kənar müxalifəti bununla bağlı müzakirələr təşkil edib.
“Adekvad” müxalifət ictimai birliyinin rəhbəri, bloger Artur Danielyan bildirib ki, baş nazir Nikol Paşinyan Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakına müsbət yanaşır.
“Bu, onu deməyə əsas verir ki, münaqişənin həlli ilə bağlı proseslər gedir, lakin bunu ictimaiyyətdən gizlədirlər, əvəzində müxtəlif manipulyasiyalarla ictimai fikri yanlış yerə yönəldirlər. Hesab edirəm ki, hakimiyyət Ermənistanın əleyhinə olan razılaşmaya gedəcək. Bu proseslə bağlı uzun müddətdir KİV-də təbliğat aparılır”, – o bildirib.
Respublika Partiyasının nümayəndəsi Armen Aşotyan qeyd edir ki, mövcud hakimiyyət qəsdən belə addımlar atır: “Bu gün iddia edirlər ki, danışıqların məzmunu və itkilər bizdən “miras” qalıb. Xeyr, bu əvvəllər də belə idi. Bu gün Ermənistanın siyasi səhnəsində disbalans böyük problemdir. Paşinyan güclü müxalifət olmadığı üçün əlverişsiz danışıqlardan imtina etmir. Bu məsələnin həlli üçün növbədənkənar parlament seçkiləri keçirmək lazımdır”.
Onun fikrincə, Qarabağ danışıqlarının yükü altında tamamilə əzilməmiş bu seçkini keçirmək vacibdir.
Azərbaycanşünas politoloq Anjel Elibeqova bildirib ki, son bir ay ərzində, xüsusilə Qaregin Njdenin Armavirdəki xatirə lövhəsinin qaralanmasından sonra informasiya müharibəsi aktiv mərhələyə keçdi.
“Ermənistan ictimaiyyətinə sülhə bağlı mesajlar ötürülür. Həmçinin, Qarabağın Ermənistanla birləşdirilməsi məsələninə ciddi zərbə endirilib”, – o qeyd edib.
Politoloq Qrant Melik-Şahnazaryan Nikol Paşinyanın “keçmiş sistem inqilaba müqavimət göstərir, Azərbaycana müharibə üçün səbəb verir” fikirlərinin təhlükəli olduğunu deyib.
Onun sözlərinə görə, müharibəyə və müharibə zamanı hakimiyyətin idarə edilməsinə hazırlaşmaq lazımdır: “Biz müharibənin kandarında dayanırıq, Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün bütün diplomatik maneələri aradan qaldırıb”. /Publika.az/