Elçin Mirzəbəyli: “Ölkəmizdə inqilab ssenariləri bir neçə dəfə işə salınıb və iflasa uğrayıb”
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı çıxışında vacib məqamlardan birinə toxunub. Dövlət başçısı 14 il öncə postsovet məkanında həyata keçirilən inqilablardan danışıb və həmin ildə ölkəmizdə keçirilən proseslərə də toxunub.
Sitat: “2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: ”Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi”.
Prezidentin bu fikirləri 2003-cü ildən etibarən başlayan “rəngli inqilablar”ı bir daha gündəmə gətirib. Bu proseslər Gürcüstanda başlamışdı və “qızılgül inqilabı” adlanırdı. Parlament seçkilərinin nəticələrinə etiraz edən xalq qarşısında sonda prezident Eduard Şevardnadze istefa verməyə məcbur olmuşdu. Onu əvəzləyən Mixail Saakaşvili cəmi 9 il bu posta qaldı. 2008-ci ildə onun Rusiya ilə burun-buruna gəlməsi və sonunda rus tanklarının Tiflisin bir addımlığında dayanması, Cənubi Osetiya və Abxaziya kimi ərazilərin itirilməsi 2013-cü ildə Mişanın seçkilərdə məğlubiyyəti ilə nəticələndi. Hazırda o, ölkəsinə belə buraxılmır və Avropa ölkələrini gəzməklə məşğuldur.
Ukrayna da Gürcüstanla oxşar tale yaşadı. Belə ki, 2005-ci ildə bu ölkədə baş verən “Narıncı inqilab”la hakimiyyətə gələn Viktor Yuşşenko bir dönəm vəzifədə oldu və bu azmış inqilabdan sonra Rusiya ilə kəskinləşən münasibətlər sonunda 2014-cü ildə Krım və Donbasın bir hissəsinin itirilməsi ilə nəticələndi.
2005-ci ildə Qırğızıstanda baş verən “Zanbaq inqilab”ından sonra bu ölkə də kataklizmlərdən keçdi. Əsgər Akayevi devirib hakimiyyətə gələn Kurmanbek Bakıyev 2010-cu ildə sələfinin taleyini yaşamalı oldu.
Azərbaycana gələk. Ölkəmiz üçün də 2005-ci il ciddi hadisələrlə tarixə keçib. Həmin il parlament seçkiləri idi və Qərb dairələri müxtəlif yollarla ölkəmizdə inqilab ssenariləri həyata keçirməyə çalışırdılar. Hətta onların uzantıları hakimiyyətin içərilərinə doğru gedib çıxmışdı. Təsadüfi deyil ki, həmin ildəki noyabr seçkilərinə günlər qalanda iqtidarın iri ranqlı məmurlarının həbsləri baş vermişdi. Bu prosesdə sabiq səhiyyə naziri Əli İnsanov, eks iqtisadi inkişaf naziri Fərhad Əliyev kimi şəxslər həbs olundu və inqilab ssenarisi iflasa uğradı. Seçkilərdən sonra həmin vaxt müxalifətin əsas qalası sayılan “Azadlıq bloku”nun təşkil etdiyi mitinqlər, Əli Kərimlinin 26 noyabr təxribatı və yaratdığı qarşıdurma nəticəsiz qaldı…
Amma maraqlıdır, dövlət başçısının adlarını çəkdiyi dörd ölkədəki prosesləri xaricdən hansı qüvvələr həyata keçirirdi?
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, postsovet məkanında həyata keçirilən “rəngli inqilablar” ssenarisində Azərbaycanın adı da keçirdi və bu proses öncə ölkəmizdə həyata keçməliydi: “Məlum olduğu kimi, Gürcüstanda ”qızılgül inqilabı” ssenarisi 2003-cü il noyabrın 2-dən, bu ölkədə keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra işə düşdü, yəni Azərbaycanda keçirilən prezident seçkilərindən 17 gün sonra. Təbii ki, burada Azərbaycanın hansısa bizə bəlli olan, yaxud olmayan, konkret məlumatlara və ya ehtimallara söykənən hesablamalara uyğun olaraq hadisələri önlədiyini də söyləmək mümkündür. Amma bu barədə təsdiqini tapmış faktlar barədə məlumatlı olmadığım üçün konkret fikir söyləməyə çətinlik çəkirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda “qərənfil inqilabı” kimi təqdim edilən “rəngli inqilab” ssenarisi 2003-cü ildə keçirilən prezident seçkilərində işə salınmışdı. Proses iflasa uğradı və təxminən 2 həftə sonra Gürcüstanda “qərənfillər” “qızılgüllərlə” əvəz olundu. Ukraynada isə “rəngli inqilab” ssenarisi 2004-cü il noyabrın 22-də işə düşdü. Əgər Gürcüstanda ssenarinin düyün nöqtəsi parlament seçkiləri idisə, Ukraynada prezident seçkiləri oldu. Yəni Azərbaycan üçün nəzərdə tutulmuş ssenari 1 il sonra Ukraynada gerçəkləşdirildi. Azərbaycanda növbəti inqilab ssenarisi 2005-ci ildə keçirilən parlament seçkilərində işə salındı. Təlimatların verildiyi mərkəz Kiyev idi. Azərbaycanın radikal müxalifətinin təmsilçiləri məhz həmin mərkəz vasitəsilə maliyyələşir və təlimatlandırılırdılar. Həmin dövrdə hakimiyyət daxilindəki bəzi yırtıcılar da bu ssenarinin içərisində yer almışdılar. Lakin prezident İlham Əliyevin qətiyyətli mövqeyi, hakim komandanın sədaqətli nümayəndələrinin prinsipial davranışları Azərbaycanı xaosa sürükləmək istəyənlərin ikinci cəhdinin də qarşısını aldı. Daha sonra 2008, 2010 və 2013-cü illərdə də biz bənzər ssenarilərin həyata keçirilməsi istiqamətində atılan addımların şahidi olduq. Azərbaycan prezidenti “Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı” deyəndə məhz bu məqamları nəzərdə tuturdu. Yəni ölkəmizdə inqilab ssenariləri bir neçə dəfə işə salınıb və iflasa uğrayıb. Məhz bu amil Azərbaycanın timsalında ciddi bir nümunə yaradıb ki, bu da son nəticədə “rəngli inqilab” ssenarilərinin postsovet məkanında daha geniş miqyasda həyata keçirilməsinin qarşısının alınmasında mühüm rol oynayıb”.
Politoloq baş verən inqilabların nəticələrindən də danışdı: “Qonşu Gürcüstanda siyasi sistemin oturuşmasında hələ də problemlərin olduğu göz qabağındadır. Əgər Azərbaycanın həyata keçirdiyi nəqliyyat və enerji layihələri və digər sadalamaq istəmədiyim amillər olmasaydı, bu gün biz Gürcüstanda daha ağır nəticələrin şahidi ola bilərdik. İnqilabın Gürcüstan üçün yaratdığı ən ağır sonuc 2008-ci ildə baş verən müharibənin nəticələridir. Ukraynaya gəldikdə isə bu ölkədə bir neçə dəfə inqilab baş verib. Krım ilhaq olunub. Ölkə ərazilərinin bir hissəsi separatçıların əlindədir. Sosial-iqtisadi durum isə göz qabağındadır. Qırğızıstandakı vəziyyət isə bir neçə inqilab və hakimiyyət dəyişikliyi baş verdikdən sonra müəyyən qədər sabitləşib. Bunun da təbii ki, öz səbəbləri var və daha çox regional güc mərkəzinin proseslərə təsir imkanları ilə bağlıdır. Amma bu sabitlik də kifayət qədər kövrəkdir və istənilən an yeni bir etiraz dalğasının, qarşıdurmaların şahidi ola bilərik. Azərbaycanda rəngli inqilab ssenariləri gerçəkləşsəydi, nələr baş verə bilərdi? İlk növbədə, biz ölkəmizi təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat qovşağına çevirə bilməyəcəkdik. Bakı-Tiflis-Qars layihəsi birmənalı şəkildə həyata keçməyəcəkdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan və onun himayədarları ölkəmizi daha ağır şərtlər altında sülh danışıqlarına sövq edəcək və ola bilsin ki, bunun üçün bizdən yeni ərazilər qopartmağa çalışacaqdılar. Ölkə xaosa və vətəndaş müharibəsinə sürüklənəcəkdi. Dini eksterimist və separatçı qruplar ölkəmizin konstitusion quruluşunu dəyişmək, ərazi bütövlüyümüzü pozmaq üçün hərəkətə keçəcəkdilər. Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi ya mümkün olmayacaqdı, ya da bizim üçün tamamilə əlverişsiz şərtlər altında gerçəkləşəcəkdi. Sosial-iqtisadi böhran son həddə çatacaqdı. Və biz müstəqilliyimizin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalacaqdıq”.