“Diqqət, manyak axtarılır!” – Zəngin ailənin oğlu Əli silsilə qatildirmi? – VİDEO

“Diqqət, manyak axtarılır!” – Zəngin ailənin oğlu Əli silsilə qatildirmi? – VİDEO Kiyevdə qətlə yetirilən 22 yaşlı Cavid Hacıyevin ölümündə şübhəli bilinən dostu Əli Abdullayevin Ukraynada silsilə qətllər törətdiyi barədə məlumatlar var.
Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına zəng vuran Aynur adlı xanım, onun şəkillərinin üzərinə ingiliscə “Təhlükəlidir” yazılaraq “Whatsapp” vasitəsilə hər kəsə göndərildiyini bildirib:

“Sizin proqramda o şəkli görənə qədər o şəxsin azərbaycanlı olduğu barədə heç bir məlumatım yox idi. O şəkli görəndə mənə atılan eyni şəkil olduğunu gördüm. Onu burada silsilə qatil kimi qələmə verirlər. 7 ölümdə günahlandırılır. Şəkilin üstündəki məlumatda yazılıb ki, sonuncu dəfə uşaq öldürüb.

Nə dərəcədə dəqiq məlumatdır, deyə bilmərəm. Amma o adamın şəkli burada votsabda yayılır. Məktəblərdə uşaqlar məlumatlandırılır ki, tək gəzməsinlər. Valideynlər uşaqlarını məktəbə tək göndərməyə qorxur. Axırıncı dəfə bir azyaşlını öldürdüyünü deyirlər”.

Ukraynada yaşayan Aynur xanımın “Səni axtarıram” proqramına göndərdiyi foto monitorda nümayiş edilib. Şəkilin üzərinə rus dilində “Diqqət, Manyak” və ingilis dilində “Təhlükəlidir” sözləri yazılıb.

X.Hidayətqızının məlumatın dəqiqləşdirmək məqsədilə Ukraynada yaşayan azərbaycanlılara müraciət edib.

Qeyd edək ki, Əli Abdullayev yetərincə imkanlı ailənin övladıdır. O, “Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Almaniyada səfərdə olan Cavid Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb. (baku.ws)


Oxşar xəbərlər