İstanbulda taksi qiymətlərində artım olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İstanbul taksilərə nəzarət birliyinin rəhbəri Eyüp Aksu verib. Bildirib ki, qiymətlərə 25%-lik artım nəzərdə tutulub:
"24 aydır ki, bu artımı gözləyirdik. Ancaq elə də gözlədiyimiz kimi olmadı. Taksimetr açılış qiyməti 4 lirə idi, indi 5 lirə oldu. 1 kilometrə 2 lirə 50 qəpik yazırdı, bundan sonra 3 lirə 10 qəpik olacaq".
Qeyd edək ki, yeni tariflərə əsasən sadəcə taksi qymətlərinə yox, digər nəqliyyat vasitələrinin qiymətində də artım olub.
Belə ki, servis qiymətlərinə 13, avtobuslara 20, taksilərə isə 25%-lik artım nəzərdə tutulub.