Azərbaycanda “Avesta Konserni” MMC-nin prezidenti, Hacı İbrahim Nehrəmli kimi tanınan iş adamının “Xəzər adaları” adlı layihəsi Beynəlxalq Banka olan borcunun müqabilində dövlətin balansına keçirilib. Bu barədə mətbuata açıqlama verən İ.Nehrəmli bildirib ki, layihə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin balansına verilib.
“Mən ”Xəzər adaları"nı Məmməd Musayevin sahibi olduğu “Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran müəllimin baş direktoru olduğu Azərbaycan Sənaye Korporasiyasının (ASC) balansına keçiriblər", - deyə o bildirib.
Hacı İbrahim “Xəzər adaları” layihəsinə dövlət tərəfindən qoyulan qiyməti də açıqlayıb: “Mənim Azərbaycan Beynəlxalq Bankına olan borcum buna görə bağlanıldı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.
ASC-nin sədri, deputat Kamran Nəbizadə mətbuata verdiyi açıqlamada faktı təsdiqləyib.
Qeyd edək ki, “Xəzər adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri kimi layihələndirilib. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə “Avesta” şirkətinin, daha doğrusu, onun rəhbəri İ.Nehrəmlinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyərinin 100 milyard dollar təşkil edəcəyi nəzərdə tutulurdu. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (Azərbaycan qülləsi) tikilməsi (tikilərsə dünyanın ən hündür binası olacaq) nəzərdə tutulur. Bundan başqa, adada dünyanın ən böyük məscidinin tikilməsi də planlaşdırılır.
Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi.
Xatırladaq ki, İ.Nehrəmli Beynəlxalq Bankdan layihənin icrası üçün 800 milyon manat kredit almışdı. 2015-ci ildə Beynəlxalq Bank iflas həddinə çatdıqdan sonra İ.Nehrəmli kredit borsunu ödəmədiyi üçün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Baş İdarəsi tərəfindən saxlanılmışdı.
Beynəlxalq Bankdan alınan kreditlə icra olunan xeyli sayda layihə sonradan toksik aktivlər kimi “Aqrarkredit”in balansına ötürülüb. Bu layihələrin ümumi dəyəri 10 milyard manatdan yuxarıdır. İ.Nehrəmli ötən il mətbuata verdiyi açıqlamada layihənin özündə olduğunu bildirirdi.
Azərbaycan Sənaye Korporasiyası ASC 2017-ci ildə prezidentin fərmanı ilə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Əksər mütəxəssislər tərəfindən utopik, gəlirliliyinin təmin olunması mümkün olmayan layihə kimi qiymətləndirilən “Xəzər adaları”nın 720 milyon manata qiymətləndirilməklə ASC-yə verilməsi xeyli suallar yaradır. Dövlət bu layihədən necə və hansı gəliri əldə bilər? Layihə başqa investorlara təklif ediləcək, yoxsa ASC-nin özü tərəfindən başa çatdırılacaq? Bu və digər sualları ASC-yə ünvanlamışıq, cavabları bölüşəcəyik.
Hələliksə qeyd edək ki, iqtisadçı-ekspert Natiq Cəfərli layihənin dövlətin balansına keçməsini, sadəcə, İ.Nehrəmlinin borcunun ona sərf edən şərtlərlə bağlanması kimi qiymətləndirir: “Sözün düzünü deyiriksə, layihənin qiymətləndirilməsi sırf iş adamının borcunun bağlanmasına hesablanıb. Yəni borc açıqlanan rəqəmdən aşağı və ya yuxarı olsaydı, layihənin dəyəri də həmin məbləğə uyğun olacaqdı. Gələcəyi məlum olmayan layihənin dövlətə verilməsi Beynəlxalq Bankın toksik aktivlərdən təmizlənməsidir. Bu layihə ilk açıqlanan vaxtdan bildirmişik ki, perspektivsiz layihədir. Əvvəla, yer seçimi uğursuzdur. Adaların yerləşəcəyi ərazidə dəniz suları normadan 40 dəfə artıq çirklənib. Ərazinin dəniz sahilində iki böyük sement zavodu, onlarla iri sənaye müəssisəsi yerləşir. Üstəlik, ən küləkli ərazidir. Belə ərazinin suyu, havası nə qədər təmiz ola bilər ki,1 milyon əhalini orada yaşamağa cəlb etsin? Elə buna görə də xarici investorlar da layihəyə maraq göstərmədilər. Türkiyədən ”Ağaoğlu" firmasının, körfəz zonasından ərəb ölkələrinin cəlb edilməsi üçün danışıqlar getdi. Amma xarici investorlar da araşdırma apardıqdan sonra bunun mif, gerçəkləşməsi mümkünsüz layihə olduğunu görüb heç bir maraq göstərmədilər".
Ekspertin fikrincə, “Xəzər adaları” faktiki olaraq “Ağ fil” tiöli layihədir: “”Ağ fil" layihəsinin mahiyyəti ondan ibarətdir ki, böyük səs-küy yaradılır, amma reallaşması üçün ciddi iqtisadi əsaslar olmur və sonradan investorların aldadılması ilə nəticələnir. Çox təəssüf ki, “Xəzər adaları” layihəsində də bənzər hadisələr baş verdi. Çünki həmin sahədə evlərin, biznes mərkəzlərinin o qiymətlərlə tikilməsi və kvadratı 5 min manata qədər olan qiymətlərlə satılması mümkün görünmürdü. Hətta ilkin variantda gələcəkdə 1 milyonluq şəhərciyin salınacağı haqqında söhbətlər gedirdi. Hələ o vaxt layihənin ilkin büdcəsinin 120 milyard dollar olacağı söylənilirdi ki, bu da Azərbaycan reallığı üçün fantastik rəqəmdir. Ölkənin ümumi daxili məhsulundan iki dəfədən də çox yüksək bir məbləğdir. Çox təəssüf ki, belə bir layihənin yükü dövlətin üzərinə qoyuldu".
N.Cəfərlinin sözlərinə görə, dövlət layihədən maksimum gəlir əldə etmək üçün bəzi addımlar ata bilər: “Turizmin inkişafı ilə bağlı bir layihənin tərkib hissəsi kimi orada kiçik bir şəhərcik yaradıla bilər. Bu şəhərcikdə kazinoların, əyləncə mərkəzlərinin təşkili yolu ilə turistləri cəlb etmək mümkündür. Şəhərciyin idarəçiliyi kazinoların, əyləncə mərkəzlərinin idarəetməsi sahəsində dünyada tanınmış şirkətlərə verilə bilər. Bir növ mini-Las-Veqasa çevirmək olar. Qeyd edim ki, Batumidə buna bənzər yanaşma ilə böyük gəlirlər əldə edilməsinə nail olunub. Açığı, mən bu layihədən gəlir əldə etməyin başqa yolunu görmürəm”.
Layihənin 729 milyon manat dəyərində qiymətləndirilməsi də mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət bu qiymətləndirməni real hesab etməyərək, layihənin dəyərinin şişirdildiyi qənaətindədir. Lakin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbəri Nüsrət İbrahimov hesab edir ki, layihənin icrası istiqamətində kifayət qədər böyük maliyyə tutumlu işlər görülüb: “Layihəni kimin qiymətləndirdiyini bilmirəm. Amma bildiyim odur ki, orada bir neçə dağı daşıyıb dənizin içərisində quru ərazi yaradıblar. Torpaqlama işləri böyük maliyyə tələb edən işdir. Bu işə bəlkə də bir neçə yüz milyon manat sərf olunub”.
N.İbrahimov bildirir ki, layihənin ilkin hazırlanması prosesində qiymətləndirici kimi iştirak edib: “İndiyədək görülən işlərin dəqiq həcmini bilmirəm, amma torpaqlama işlərinin çox bahalı olduğunu deyə bilərəm. Biz ilk ərəfədə - layihə işlənərkən orada qiymətləndirici kimi iştirak etmişik. Təsəvvür edin, körpü tikintisi zamanı torpaq axınının qarşısını almaq üçün yerə bir suvayın vurulması 10 min dollara başa gəlir, ora minlərlə suvay vurulub. Yaxud suvayları bir-birinə bağlayan ankerlərin atılması da böyük vəsait tutumlu işdir”.
Ekspert hesab edir ki, layihə investorları cəlb etmək yolu ilə başa çatdırılarsa, oradan gəlir əldə etmək mümkündür: “Şəhərciyin genişləndirilməsi istiqamətində işlər davam etdirilib, satış işləri tam başa çatarsa, gəlir əldə etmək mümkün olar”.