Sosial evlərlə bağlı ikinci layihə də Bakı şəhərində reallaşdırılacaq.
Bunu ASAN Radionun qonağı olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.
A.Quliyev bildirib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar torpaq sahəsi seçilib: "Statistik təhlillər göstərir ki, Bakıda evlərə daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin seçilməsi ilə bağlı işlər aparılır".
A.Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara bir neçə üsulla ödəniş imkanı yaradılacaq: "Belə ki, vətəndaş öz hesabı ilə nəğd şəkildə birdəfəlik ödəniş edərək mənzil əldə edə biləcək. Bununla yanaşı vətəndaşa İpoteka fondunun vəsaiti hesabına 30 illik kredit götürərək ödəniş etmək imkanı yaradılacaq. Həmçinin vətəndaş istədiyi başqa bir mənbədən, bankdan kredit götürərək ödəniş edə biləcək. Onu da əlavə edim ki, tikilən bütün mənzillərdə təbii küləklənmə sistemi quraşdırılıb".