Bir vaxtlar gur-gur guruldayan, öz layihəsi ilə öyünən, onu mətbuatda reklam edən iş adamı Hacı İbrahim Nehrəmlinin səsi gəlmir
Vaxt ikən “Xəzər adaları” layihəsini qəzetlərin manşetlərinə daşıyan, Türkiyədə məhşur iş adamı Əli Ağaoğlundan tutmuş Küveyt, Qətər şeyxləri ilə investisiya sazişləri bağlamasına qədər hər bir addımını detallı danışan, Ələtdəki bu şəhərciyin layihəsini təyyarədə dizi üstə yazdığını deyən məşhur biznesmen öz hücrəsinə çəkilib.
Ulus.Az xəbər verir ki, onun Beynəlxalq Bank işi ilə bağlı maliyyə xəyanətində adının keçməsi, “Banditizm”ə çağırılaraq ifadəsinin alınması, kredit öənişlərinin vaxtında edilməsi tələbi ilə üzləşməsi, eyni zamanda siyasi hakimiyyət tərəfindən cəzalandırılması indi sakitcə oturması ilə nəticələnib.
Hacı İbrahim Nehrəmli əvvəlki kimi müsahibələr vermir, “Xəzər adaları” layihəsinin tikintisi xeyli zamandır ki, ləngiyib, xərclənən milyonlar isə heç bir nəticə verməyib.
Üstəlik, vaxtaşırı xəbərlər yayılır ki, ölkədən çıxışında stop qoyulub, “Rolls Royce” maşını hərraca çıxarılıb, müflis olub, işləri dayanıb.
Bu məlumatların bəzilərini təkzib etsə də, “Avesta” konserndə yüzlərlə işçinin ixtisara saldığını təsdiqləyib.
Hazırda şirkətdə texniki işləri görən və yardımçıları qalıblar. Bu isə öz növbəsində Hacı İbrahim erasının bitməsi kimi qiymətləndirilir.
Bir başqa səbəb isə ümumilikdə İbrahimovların “vurulması” nüansıdır. Diaspora komitəsinin sədri Nazim İbrahimov, tikinti fırıldağında adı keçmiş Sahib İbrahimov da kifayət qədər küncə sıxışdırılıb.
Hacı İbrahim isə onlara baş qoşmadan milyardlıq projesinin gerçəkləşməsi üçün dəridən-qabıqdan çıxırdı.
Amma fələyin çarxı elə çevrildi ki, iş adamı tamamilə batdı və “Xəzər” adaları nağılının “göydən üç alma düşdü” epiloqu ilə bitdiyini söyləyənlər var.
Ulus.Az-a gələn iddialara görə, ən yaxşı halda həmin pryektin onun əlindən alınıb başqasına verilərək reallaşması mümkündür. Çünki prezident İlham Əliyev Ələtdə gedən bu işlərlə bağlı Hacı İbrahimə “stavka” etməyib.
rəhbəri Hacı İbrahim Nehrəmlinin təşəbbüsü nəticəsində ortaya çıxmış layihənin dəyəri deyilənə görə 100 milyard dollar təşkil edir.
Adalarda 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Layihəyə görə, başa gələcək şəhərdəki tikililər 9 ballıq zəlzələyə davam gətirəcək.
Hacı İbrahimin təqdim etdiyi rəqəmlərdə layihəyə indiyə kimi sərf olunan vəsaitin ümumi məbləğində uyğunsuzluqlar çoxdur.
Layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini bildirən iş adamı bu vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit olduğunu, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib.
Lakin layihənin icrasına başlayanda Hacı İbrahim əlində vur-tut 50 milyon dolların olduğunu deyirdi.
Belə qənaətə gəlmək olar ki, "Xəzər adaları"na indiyəcən xərclənmiş 1 milyard 100 milyon dollar "göydən" düşüb.
Artıq 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar yatıracağı deyildi. Ardınca Qətər dövlətinin 1 milyard investisiya qoyacağı bildirildi. Heç bir il keçmədi ki, Hacı İbrahim layihəsinə Amerika,Ərəb və Çin sərmayədarlarının layihə ilə maraqlandığını söylədi.
Daha sonra Kanadanın "Export Development Canada" agentliyi tərəfindən yatırılacaq 4 milyard vəsaitdən söhbət açan Hacı həmçinin 3 iri şirkətlə də yarım milyardlıq müqavilə imzalandığını söyləyib.
Bu siyahı Hacının digər açıqlamaları kimi çox uzundur. Lakin sözügedən şirkətlərdən heç birinin konkret bir iş görmədiyi üzə çıxıb.
Bu "blefin" arxasında hansı maraqların dayandığını demək çətindir. Lakin mətbu orqanlar "Avesta" prezidentinin yalanlarına yavaş-yavaş öyrəşməyə başladılar.