Braziliya yığmasının və PSJ-nin ulduzu Neymarın adı yeni qalmaqalda hallanır. Futbolçu bu dəfə icazəsiz şəkillər yaymaqda günahlandırılır.
Belə ki, braziliyalı bir qadın polisə şikayət edərək Neymarın ona təcavüz etdiyini deyib. Xanım iddia edir ki, təcavüzdən sonra hətta fotolarını da oyunçu sosial şəbəkələrdə yayıb.
Braziliya qanunlarına görə isə başqasının razılığı olmadan onun intim şəkil və ya videolarını paylaşmaq cinayətdi və bu, 1 ildən 5 ilə qədər həbs cəzası deməkdi.
Polis isə Neymarı da, qadını da ifadə vermək üçün dəvət edib. Əgər “sambaçı”nın günahı sübuta yetirilsə, onu həbs gözləyir.