Mayın 15-i Beynəlxalq Ailə günü kimi qeyd olunur. Beynəlxalq Ailə günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən təsis edilib. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub.
Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycandakı ailələrin sayı 2 milyon 100 minə yaxındır:
“2019-cu il yanvarın 1-nə Azərbaycanda doğulan uşaqların sayı 138 982 olub. Ötən il ərzində qeydə alınan nikahların sayı 62 482 nikah, boşanmaların sayı isə 14 870 civarındadır”.
“Azərbaycanda ailə institutunun təkmilləşdirilməsi üçün yeni strategiya hazırdır”
Şöbə müdiri qeyd edib ki, ailə institutunun möhkəmləndirilməsi üçün Beynəlxalq Ailə günü çərçivəsində “Ailə strategiyası”nın qəbul edilməsi nəzərdə tutulub:
“Bildiyiniz kimi, 1994-cü ildə BMT-nin Baş Assambleyasının qərarı ilə mayın 15-nin Beynəlxalq Ailə günü kimi qeyd edilməsi üçün qətnamə qəbul edilib. Həmin qərara əsasən, tövsiyə edilir ki, hər ölkədə milli fəaliyyət planı, yaxud strategiya qəbul edilsin. Hazırda Azərbaycanda “Ailə strategiyası” layihəsi hazırdır. Biz gözləyirik ki, strategiya bu il ərzində qəbul edilsin və mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə qaldırılan məişət zorakılığı, erkən nikahlar, boşanmalar, yeni texnologiyaların yaratdığı problemlər aradan götürülsün.
Strategiya sadalanan problemlərin aradan qaldırılmasına yönəldiləcək. Bütün dövlət qurumlarının və Qeyri-Hökumət Təşkilatlarının, beynəlxalq təşkilatların bu strategiyanın tətbiqində birləşməsi nəzərdə tutulur”.
Azərbaycanda cinslər arasında balans pozulub
E.Səfərov deyib ki, Azərbaycanda qız və oğlan nisbətinin pozulması böyük təhlükədir:
“Bildiyiniz kimi bu il aprelin 9-da 10 milyonuncu vətəndaşımız doğulub. Bu gün əsas məqsəd əhalinin, insan kapitalının artım tempinin saxlanılmasıdır.
Təəssüf ki, hazırda ən böyük problem abortlardır ki, bunun nəticəsində oğlan və qız sayının nisbəti dəyişib. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda süni abortların dəqiq statistikası aparılmır. Biz tərəfdarıyıq ki, abortların statistikası aparılsın və qeydiyyata alınsın. Cinayət Məcəlləsinin xüsusi maddələrinə istinad edilsin və hüquq mühafizə orqanları tərəfindən tətbiq edilsin. Ümumiyyətlə, hazırda Azərbaycan Çindən sonra qız və oğlan nisbətinin pozulmasına görə ikinci ölkədir. Azərbaycanda 115 oğlana nisbətdə 100 qız doğulur. Normal qaydada 100 qıza nisbətdə 105-107 oğlan olmalıdır. Azərbaycanda təəssüf ki, bu balans pozulur. Bu da ailənin strukturuna, ailənin inkişafına təsir göstərir”.
Azərbaycanda boşanma səbəbləri…
Komitə rəsmisinin sözlərinə görə, ümumiyyətlə, ailələrin sayının artması ölkənin həm iqtisadi, həm sosial inkişafına təsir göstərir:
“Ona görə də birinci məqam mövcud olan ailə sütunun gücləndirilməsi, ailə institutu mexnaizmlərinin təkmilləşdirilməsidir. Çünki zaman keçdikcə problemlər də dəyişir.
Bütün bunlar “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi parlamentin gündəmindədir. Biz çox istəyirik ki, qanun bu il, növbəti ilin əvvəllərində qəbul edilsin və bu sahədə təkmilləşdirilməyə təkan versin. Həmçinin, qeyd etdiyimiz boşluqları aradan qaldırsın. Qanun yalnız selektiv abortları deyil, ümumiyyətlə vətəndaşların sağlamlığı ilə bağlı hüquqlarının qorunması, maarifləndirmə kampaniyalarının keçirilməsini əhatə edəcək.
Yeri gəlmişkən, son 3 il ərzində ölkəmizdə boşanmaların sayı dəyişməz olaraq qalır:
“Boşanmalar il ərzində 14 870 civarındadır, əmsal 1.5-dir. Əsas məqam ondan ibarətdir ki, boşanmaya gətirib çıxaran səbəblər aradan qaldırılsın. Boşanmanın özü ilə yox, boşanmanı yaradan səbəblərlə mübarizə aparmalıyıq. Bu gün ailələrin daha çox dağılmasına səbəb olan amillər məişət zorakılığı, sonsuzluq, akoqol içkilər, narkotik vasitələrin istifadəsi və s.dir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunduqdan sonra onlarla mübarizə aparmaq daha asan olacaq”.