MTN-nin Akif Çovdarovla birlikdə həbs olunan idarə rəisi azadlığa buraxılıb

MTN-nin Akif Çovdarovla birlikdə həbs olunan idarə rəisi azadlığa buraxılıb Həbsdə olan keçmiş MTN-in vəzifəli şəxslərindən daha biri – Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, Baş İdarənin rəisi, general Akif Çovdarovun adamlarından sayılan Akif Əliyevin 5 illik cəzasını Ali Məhkəmə bir müddət əvvəl azaldıb və müddət tamam olduğuna görə mayın 4-də azadlığa buraxılıb.

Ali Məhkəmə yaxın vaxtlarda Akif Çovdarovun da şikayətinə baxacaq. Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilən Çovdarov bundan əvvəl Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan geri götürmüşdü. Amma Çovdarov yenidən şikayət verib və yaxın vaxtlarda ona baxılacaq.

MTN-nin Akif Çovdarovla birlikdə həbs olunan idarə rəisi azadlığa buraxılıb











Akif Çovdarov

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı – Akif Çobdarov, Sübahir Qurbanov, Natəvan Mürvətova, Elçin Quliyev və Teymur Quliyev.

Keçmiş MTN vəzifəlilərindən Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

2015-ci ildə həbs olunan MTN-çilərdən bir qismi azadlıqdadır. Onların arasında general Natəvan Mürvətova, polkovnik Mirəziz Əsgərov da var.

Oxşar xəbərlər