İran Prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalarla bağlı danışarkən maraqlı bir fikir irəli sürüb. O bildirib ki, ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur: “ABŞ-ın İranın neft ixracını sıfıra endirməklə bağlı planı reallaşmayacaq. Biz müxtəlif yollarla neft satışını davam etdirəcəyik. Bu addımlarla ABŞ neft şirkətlərinə, öz vətəndaşlarına zülm verir”.
Onun bu fikri iqtisadçılar tərəfindən də birmənalı qarşılanmayıb. Çünki İranın prezidentinin açıqlamasından fərqli olaraq, əksəriyyət ABŞ-ın dünya neft bazarına böyük təsir imkanlarının olduğunu etiraf edir. Digər tərəfdən İrana tətbiq olunan sanksiyalar Dünya birjalarında Brent neftinin qiymətini artıb. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 74,19 dollar təşkil edir, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 64,92 dollar təşkil edir.
Bəs görəsən, dünya neft bazarının “bazarkom”u varmı? Kimlərin bazara müdaxilə imkanları var?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, ABŞ dünya neft bazarında kifayət qədər rıçaqlara malikdir: “Təkcə neft bazarında deyil, texnologiya, maliyyə və digər bazarlarda da öz təsir imkanlarını nümayiş etdirir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, əgər dünya da pul kütləsinin 70 faizi dollardan ibarətdirsə və onun çapı ABŞ-ın əlindədirsə, dünya ümumdaxili məhsulunun beşdəbiri bu ölkəyə məxsusdursa bu Amerika Birləşmiş Ştatlarının iqtisadi gücünü göstərir. ABŞ-ın hərbi gücündən danışmaq isə ümumiyyətlə artıqdır. Bu bir hegemon ölkədir, təhlükəsizlik məsələlərinə, nəqliyyat dəhlizlərinə nəzarətdə ABŞ böyük rol oynayır. Ötən ilin birinci rübün sonundan İran 2,7 milyon barel gündəlik neft ixracına malik idisə, bundan 2019-cu ilin yanvarında neft ixracı 1,4 milyon bareləcən azaldı. 2018-ci ilin may ayında ABŞ İrana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı ilk bəyanatını səsləndirdi, noyabr ayının 5-dən isə qüvvəyə mindi. Aprel ayında isə ”Röyter"in portları təhlil edən nəticələri göstərdi ki, İranın neft ixracı 1 milyon barelədək azalıb".
Ekspertin sözlərinə görə, bu ABŞ-ın heç bir güc tətbiq etmədən İranın neft ixracına necə təsir etmək imkanlarının olduğuna dair bir göstəricidir: “Ötən ilin noyabr ayından buyana 8 ölkəyə İran neftini idxal etmək üçün yumşaldıcı imkanlar verilmişdi. Onlardan 3-ü Yunanıstan, İtaliya, Çinin bir əyaləti artıq İrandan neft idxalını 100 azaltmağa nail olublar. Növbəti ölkələr çox güman ki, Cənubi Koreya və Yaponiya olacaq. Onlar qısa müddətdə İran neftindən imtina edəcəklər. Çünki həmin ölkələrin iqtisadiyyatları ABŞ-la sıx əlaqəlidir. ABŞ-ın bu addımlarına qarşı yalnız iki ölkə Çin və Türkiyə çıxış ediblər. Çinin payı xüsusilə böyükdür, mart ayından İrandan idxal 500 min bareldən artıq olub, Türkiyənin isə 123 min barel idxalı var. Onlar bunun həcmini sıfıra endirməsələr də , kifayət qədər azaltmağa məcbur olacaqlar. Bu həcmlərə diqqət yetirsək, İran indiyədək öz müasir tarixində ən sərt embarqo ilə üzləşmiş olacaq. Bu da onun gəlirlərinə kifayət qədər təsir edən amil olacaq”.
İranın alternativ alıcılara üz tutmasına gəlincə, İ.Şaban bildirdi ki, Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri bazarda azalacaq neftin yerini doldurmaq üçün ABŞ-la məsləhətləşmələr aparırlar: “Onu da nəzərə almaq lazımdır ki, İranla yanaşı Venesuela da sanksiyalarla üzləşib. Venesuela nefti get-gedə öz ixrac həcmlərini itirir. Orada iqtisadiyyatdakı kataklizmlərdən qaynaqlanır. Ona görə də, neft sənayesi çox böyük çətinliklərlə qarşılaşıb. Bu təkcə Amerikanın sanksiyaları ilə əlaqəli deyil. Ötən ilin yekunlarına görə, Venesuelada 1,7 milyon faiz inflyasiya qeydə alınıb. ”Bloomberg" agentliyinin 1 həftə öncə açıqladığı proqnoza görə, cari il üçün8 milyon faizlik inflyasiya proqnoz edilir. Çünki birinci rübün yekunları Venesuelada vəziyyətin daha ağır olacağına dəlalət edir".
İqtisadçı ekspert Rövşən Ağayev də Trend-ə açıqlamasında bildirib ki, İrana qarşı neft sanksiyaları ilə bağlı bəzi ölkələrə tətbiq edilən istisnanın uzadılmayacağına dair ABŞ prezidenti Donald Trampın qərarı dünya bazarında qara qızılın qiymətinin daha da artmasına səbəb ola bilər.
R.Ağayevin sözlərinə görə, ABŞ-ın istisna tətbiq etdiyi ölkələr İranın neft ixracatında böyük paya malikdirlər. Söhbət Hindistan, Türkiyə, Çin, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandan gedir: “Mayın 2-də bu güzəşt başa çatacağı gözlənilir. Hazırda güzəşt müddətinin uzadılıb-uzadılmayacağı müzakirə olunur. Hələlik, ABŞ bu müddəti uzatmaq fikrində deyil”.
R.Ağayevin sözlərinə görə, Səudiyyə Ərəbistanı bazardakı boşluğu doldurmağı öz üzərinə götürüb. Lakin bu, baş verməsə, yenidən neft bazarında 2007-2008-ci illərdəki qiymət artımı olacaq. İqtisadçının fikrincə, qara qızıl ətrafında baş verən proseslər Azərbaycana da təsir edəcək. Çünki neftin qiymətinin bahalaşması Azərbaycana daxil olan maliyyə vəsaitlərini artıracaq. Azərbaycan faktiki olaraq hər 10 dollarlıq artıma görə illik 2-2,5 milyard dollarlıq neft mənfəəti əldə edəcək.