“Sizi də, özümü də biabır etdim” – Pərvanə Dostəliyeva

“Sizi də, özümü də biabır etdim” – Pərvanə Dostəliyeva Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızı olduğunu deyən Pərvanə Dostəliyeva daha bir videosu ilə gündəmə gəlib.

İnstaqramda yayımladığı videoları silən Pərvanə bunun səbəbini açıqlayıb. O, müğənnilik karyerasını yenidən başlamaq üçün özünü bu yolla reklam etdiyini deyənlərə cavab verib:

“Deyirlər, müğənnilik etmək istəyirdin, özümü reklam etdin. Mənim üçün müğənnilik kitabı bağlanıb. Məqsədim qisasımı almaq idi. Sizi biabır edim, insan içinə çıxa bilməyin. Özümü də, sizi də biabır etdim. Əcəb elədim. Çıxıb Elza Seyidcahana deyirdiz ey, “biz bacılara qarşı çaşma”. Çaşdım, nə edəcəksən? Nə var dedim.

Mənim və anamın haqqında artıq-əskik nələrsə yaymayın. Bir kəlmə danışsanız, nə var açıb tökəcəm. Bildiklərimi danışsam, yer yerindən oynayacaq. Yatmış fili oyatma. Sakitləşib oturmuşam yerimdə. Videoları da sildim, çünki həyatıma davam edirəm. Dediyimi dedim və bitdi. Qisasımı aldım”.

Qeyd edək ki, Pərvanə atası tərəfindən 6 yaşında təcavüzə uğradığını bildirib. O, bibisi Nazpərinin ona efirlərdə qadağa qoyduğunu iddia edib.

///axşam.az


Oxşar xəbərlər