“Eləsinə ərə getməkdənsə, anamın evində oturmuşam da” – Səidə

“Eləsinə ərə getməkdənsə, anamın evində oturmuşam da” – Səidə Müğənni Səidə Sultan ailə qurmamasının səbəbini açıqlayıb.

“Bizimləsən” verilişində bu haqda sualları cavablandıran Səidə bildirib ki, hələ bəyəndiyi oğlanı tapmayıb:

“Özümü tanıyan insanam. Nəyə qadir olduğumu, bacardığımı yaxşı bilirəm. Heç bir zaman ruhu zəif oğlanla ailə qura bilmərəm. Həyatımda o cür oğlan ola bilməz. Yanımda güclü, sözünün kəsəri olan oğlan olmalıdır. Onu görəndə, oğlan kimi hörmət eləməlidirlər.

Yoxsa, özümə seçdiyim insan, həyat yoldaşım ruhu zəif insan olsa, o kişini mən neyləyirəm? Ondansa anamın evində oturmuşam…”.

Oxşar xəbərlər