Vaqif Qarayev: “Peyvəndlərin autizm yaratması iddiası əsassızdır”
Aprelin 2-si Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində Autizm barədə Maarifləndirmə Günü kimi qeyd olundu. Məlum olduğu kimi, son illərdə ölkəmizdə autizm sindromu ilə doğulan uşaqların sayı artmağa başlayıb. Bəs xəstəliyin artma səbəbi nədir?
Qeyd edək ki, autizm 3 yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına mane olan xəstəlikdir.
Mütəxəssislər qeyd edir ki, autizm irsi mənşəlidir, ancaq irsiliyi olduqca qarışıqdır və mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən və yaxud nadir görülən mutasiyalardan qaynaqlandığı dəqiq məlum deyil. Bəziləri xəstəliyin yaranmasına peyvəndlərin səbəb olduğunu deyir. Lakin bu iddia hələlik mübahisəli olaraq qalır.
Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər uşaqlarının təxminən iki yaşında xəstəliyin əlamətlərini hiss edirlər. Təəssüf ki, autizmin çarəsi yoxdur.
Hazırda Azərbaycanda autizm diaqnozlu insanların dəqiq sayı məlum deyil. Bəzi ehtimallara görə, bu rəqəm təxminən 6 minə yaxındır.
Dünyanın bir çox ölkələrində autizm sindromlu uşaqlarla bağlı dövlət proqramı var. Lakin bu cür proqram hələlik ölkəmizdə yoxdur. Bununla bağlı reabilitasiya mərkəzləri isə ödənişlidir. Məsələn, həftədə 4 saatlıq reabilitasiya üçün aylıq 250-300 manat ödəmək lazım gəlir. Bu isə il ərzində 3000-3500 manat deməkdir.
Həkim Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Autizm son vaxtlarda dünyanın, eləcə də Azərbaycanın problemidir. Problemi qəlizləşdirən də odur ki, bu sindromun səbəbi bilinmir. Doğrudur, bu vaxta qədər autizmin səbəbləri barədə müxtəlif iddialar irəli sürülüb. Lakin sübutlu təbabətdə onun səbəbi haqda hələlik heç nə yazılmır. Bir müddət bundan əvvəl peyvəndlərin autizm yaratdığı barədə məlumatlar yayılırdı. Bəzi xəbər saytlarının yazdığına, gəldiyi əsassız qənaətə görə, Azərbaycanda uşaqlara vurulan peyvəndlər keyfiyyətsiz, yararsızdır. Gəlin baxaq, axı Avropada peyvəndlə bağlı problem yoxdur. Və yaxud peyvənd autizm yaradırsa, bəs bətndaxili yaranan autizmlərin səbəbi nədir? Yəni bu iddia özünü doğrultmayıb.
Qeyd edim ki, peyvəndin autizm yaratdığı barədə məlumatlar yayıldığı andan peyvənd əleyhinə böyük bir kampaniya başladılıb və bu hələ də davam edir.
Avropanın ən qabaqcıl ölkələrində, o cümlədən ABŞ-ın bir çox ştatlarında qızılca epidemiyası geniş yayılmaqdadır. Səbəb isə insanların peyvənddən imtina etməsidir. Xatırladım ki, bu yaxınlarda İngiltərədə peyvəndlə bağlı qalmaqallı məhkəmə prosesi keçirildi. Sonda peyvəndin autizm yaratdığı sübut edilmədi. Bu baxımdan autizm sindromunun peyvəndlə əlaqələndirilməsi tamamilə əsassızdır. Son vaxtlarda isə genetik faktor irəli sürülür. Lakin bu da məntiqə uyğun gəlmir. Sual olunur: necə oldu yalnız son 20-30 ildə insanların genetik kodu dəyişdi? Yəni bir sözlə, autizmin səbəbi hələlik tapılmır”.
Vaqif Qarayev autizm xəstələrinin statistik məlumatı haqda da danışdı: “Bu barədə məlumatları da doğru hesab etmək olmaz. Çünki dəfələrlə şahidi oluruq ki, uşaqda kiçik bir davranış pozğunluğu olan kimi onu autizmlə əlaqələndirirlər. Adətən uşağa 3 yaşında autizm diaqnozu qoyulur. Çünki uşağın davranışında pozğunluqlar olduqda 3 yaşında daha aydın müşahidə olunur”.
Həkim bu xəstəliyin dərmanla müalicə olunmadığını dedi: “Bu cür uşaqlarla bağlı sırf reabilitasiya yaradılmalı, əsasən də psixoloqlar onlarla məşğul olmalıdır.
Autizmin əlamətlərinə gəldikdə, belə uşaqlar adətən təkliyə meylli olur, ailə üzvləri, eləcə də kollektivlə kontakta girmir, monoton hərəkət edir, nitqində eyni sözlər olur, tutaq ki, hər suala yalnız öz adlarını deməklə cavab verirlər və sairə. Beləliklə, burada həm nitq, həm də psixoloji problemlər ortaya çıxır. Lakin uşaqda qeyd etdiklərimin hamısı varsa belə, hələ autizm demək doğru deyil. Çünki müxtəlif sindromlar var. Bəzən görürük ki, bu cür davranışları olan uşaqlar bir neçə ay psixoloji reabilitasiya keçdikdən sonra həmin əlamətlər aradan qalxır”.