Müasir ingilis ədəbiyyatının ən möhtəşəm nümunələrindən olan bir romanda oxumuşdum: Autizm sindromlu insanlar bioloji və psixoloji baxımdan normal qəbul edilən insanlardan daha zəkalıdır. Bəli, bəli… bizim əqli, psixoloji çatışmazlıq damğası vurduğumuz insanlar bizdən daha intellektual, yaddaşlı, diqqətli və daha ədalətlidirlər.
Roman haqqında saatlarla danışa bilərəm, ancaq məni romandan daha çox maraqlandıran autizm, daun və bu kimi “sindromları” olan insanların hiss etdikləri, xəyalları, bacarıqları və öz yüksək potensiala malik beyinlərində qurduqları aləmin gerçəkliyidir. Çox maraqlı bir nüans var: bu tip insanların gerçəklik hissiyyatı digər insanlardan qat-qat yüksəkdir. Yəni biz özümüzü aldada bilirik, gerçəkliyi istədiyimiz kimi görə, ona istədiyimiz mənanı verə bilirik. Autizm və daunlar isə sadəcə gördükləri kimi görürlər. Nə varsa, odur.
Onların gördüklərini görmək marağı uzun müddətdir məni rahat buraxmır. Şükürlər olsun ki, bu marağın verdiyi istiqamət üzrə getdiyim yolda əliboş qalmadım. Və nə uzaq, nə də daha uzaqda, elə Bakının mərkəzində, burnumuzun dibində bir yer tapdım: axtardığım xəyallar aləminin gerçəkliyə çevrildiyi, nağılların reallaşdığı, hər şeyin özü olduğu, rənglərin ən gözəl göründüyü, “autizmlərin gördüklərini görmək” dünyasının gizləndiyi o sirli məkanı – “KİLİMÇİ”ni…
Xalçaçılıq, toxuculuq, rəssamlıq, musiqi, rəqs, qayğı və sevginin bir arada toxunduğu o xəyallar aləmi. Bu nağıllar aləminin qapısı nə sehrli sözlərlə açılır, nə də qızıldan hazırlanıb. Hər zaman toxunduğumuz qapılardan biridir. Özü kimi deyil də, qüsurlu kimi qəbul edilən körpə ruhların dincəldiyi “məbəd”in tanrıçası isə heyvanların, bitkilərin və uşaqların himayəçisi, yunan allahı Artemida kimi gözəl, gənc, istedadlı və azərbaycanlı Əzizə Mustafazadədir. Özü də onun 22 yaşı var.
Qapıdan içəri girəndə sehrli nağıllar kimi nə gözləriniz qamaşır, nə də qırmızı xalçalar öz-özünə sərilir. Gözləri qamaşdıran sadəcə məkanın rəng koloritidir. Xalçaları isə öz əllərinizlə toxuyursunuz. Hətta bu xalça tamamilə sizinkiləşir… Bu məkanın sirri isə başqa şeydədir…
“Qobelen”
İçəri daxil olduqda qonaqları ilk olaraq abstrakt əl işləri qarşılayır. Bu əl işlərinin məxsus olduğu incəsənət sahəsi isə “qobelen” adlanır. Ölkəmizdə bu sənətin təməli 1996-cı ildə qoyulub. Vaxtilə bizim sənətşünaslarımızı Pribaltika ölkələrinə aparıblar ki, nəsə yeni bir şey öyrənsinlər və gəlib İncəsənət Universitetində tədris etsinlər. Çünki İncəsənət Universitetində oxumağa çox az adam maraq göstərirmiş. Hamı Neft İnsitutuna, hüquqşünaslığa, müəllimliyə istiqamətlənirmiş. “Qobelen”ə əvvəllər böyük maraq yaransa da, sonradan bu sənəti davam etdirən çox az sayda insan olub. Çünki insanlar bu sahənin gəlirli olmadığını düşünürlər.
Azərbaycanda nadir yerlərdə rast gələcəyiniz bu sözün anlamını Əzizə xanımın öz dilindən öyrənirik:
“Qobelen” Müasir Təsviri və Tətbiqi İncəsənətdir. Bu sənətlə ilk Uşaq Yaradıcılıq Mərkəzində tanış oldum. Bir müddət məşğul olduqdan sonra dərslərimdə axsama oldu və bu sənətdən uzaqlaşdım. Uzaqlaşmağın həm də başqa səbəbi var idi. Bizi sərgilərə aparırdılar. Orada mənim işlərim çox da bəyənilmirdi. Mənə olduqca sadə və adi görünən işlərə isə təəccüblə, heyranlıqla yanaşırdılar. Düşünürdüm ki, mən axı burada sənət yaratmışam, möhtəşəm iş ərsəyə gətirmişəm, niyə axı süni şeyləri bəyənirlər, amma mənim əsərlərimi yox? Bunların təsiri ilə də “Qobelen” sənətini atdım. Ancaq hazırda dörd ildir bu sənətlə məşğulam. Yaxşı ki d məşğulam. Bu sənət mənə milyonların qazandırdığı qədər dəyər qazandırıb.
“Anam qonaqpərvər olmadığı üçün…”
Əzizə “Kilimçi”nin yaranış səbəbini belə nağıl edir:
Təxminən iki il öncə dayəm rəhmətə getdi. O, həmişə mənə tövsiyə edirdi ki, tikiş, toxuma və bu kimi işləri öyrənim. Deyirdi ki, bir qadın üçün bundan gözəl sənət yoxdur. O, dünyasını dəyişəndən sonra qərara aldım ki, tövsiyəsinə əməl edim. Əvvəl özüm evdə məşğul olmağa başladım. Daha sonra bu işi genişləndirmək istədim. O zaman cibimdə otuz manat civarında pul vardı. Bu pulla sadə toxucu dəzgahları, rəngli saplar aldım. Ancaq anam çox da qonaqpərvər (zarafatla) olmadığı üçün evdə bu sənəti öyrətmək alınmadı. Yer axtarıb tapdım və “Kilimçi”ni açdım. Kursu açanda uşaqlarla işləyəcəyimi nəzərdə tutmamışdım. Əvvəlcə böyüklər gəlib öyrənməyə başladı. İki-üç aydan sonra isə kiçik yaşlılar maraqla kursa axın etdilər. Onları məmnuniyyətlə qəbul etdim. Çünki uşaqlarla bağlı travmam var idi. Yaşadığımız evin yaxınlığında uşaq evi yerləşirdi. Oradan həmişə azarlanan uşaqların səsləri gəlirdi. Düşünürdüm ki, görəsən, o kimsəsiz uşaqlara necə köməklik göstərə bilərəm? Təkcə çörək verməklə olmur. Deməli, onlara nəsə öyrətmək lazımdır ki, gələcəkdə özləri öz sənətləri ilə çörəklərini qazansınlar. Qərara gəldim ki, onlara toxumağı öyrədim. Ancaq nə praktiki təcrübəm var idi, nə də bu təcrübəni toplamaq üçün işə girə biləcəyim yer. Çünki hüquqi sənədim yox idi.
Qərara gəldim ki, əvvəlcə hansısa uşaq evlərindən birində bir müddət işləyib təcrübə toplayım. Bütün uşaq evlərinə, sığınacaqlara zəng etdim. Özümü təqdim etdim, danışıb ideyamı dedim. Əlbəttə, ilk sualları bu oldu ki, siz kimsiniz, sizi kim yönləndirib, məqsədiniz nədir? Təəssüflər olsun ki, mənə inanan bir kimsə tapılmadı. Mən isə vaz keçmədim və böyük bir yalan danışaraq Binə-Buzovna tərəflərdə yerləşən uşaq evinə qəbul olundum. Dedim ki, nazirlikdən göndərilmişəm. Əvvəlcə qorxdum ki, məni araşdırıb yalan danışdığımı öyrənəcəklər və həbs edəcəklər. Ancaq sonra hər şey öz axarınca getdi və davam etdim. Altı aya yaxın orada kimsəsiz uşaqlara dərs dedim. Təmənnasız işlədim və elə həmin dövrdən “Kilimçi” fəaliyyətə başladı”.
“Saçlarımı dartışdırırdı ki…”
Hazırda “Kilimçi”nin normal tələbələrlə yanaşı, bir neçə daun və autizm sindromlu sakini var. Ancaq bu sakinlərin Əzizə xanımla tanışlığı təsadüfi olmayıb:
“Bir dəfə marşurt avtobusu ilə gedirdim. Arxa oturacaqdakı bir uşaq başladı saçlarımı dartmağa. Bir dəfə, iki dəfə… Dözməyib çevrildim geriyə ki, görüm nə istəyir. Bir də gördüm ki, vao, uşaq daun sindromludur. Sən demə, bu istəyirmiş ki, mən çevrilim ona baxım. Məqsədinə çatması onu həddən artıq sevindirdi və qəşş edib dayanmadan gülməyə başladı. Söhbət etməyə çalışdım, ancaq nitqi o qədər səlis olmadığı üçün bu, bizdə alınmadı. Düşündüm ki, mən əqli və fiziki məhdudiyyətli insanlara da kömək edə bilərəm. Daun sindromunu araşdırmağa başladım və eyni zamanda, autizm sindromlu uşaqların rebilitasiya mərkəzində işə düzəldim. Bir qədər təcrübə topladıqdan sonra kurs üçün elan verdim ki, artıq fiziki və əqli məhdudiyyəti olanlar da kursumuza gələ bilər. Kursa gələn ilk ailənin övladı daun sindromlu idi. Bu uşağın valideynləri elə ilk dərsdəncə başladılar uşağa təzyiq göstərməyə. Mən uşağa suallar verirdim, valideynləri dərhal səslərini ucaldırdılar ki, axı sən bunu bilirsən, niyə cavab vermirsən? Bəzi uşaqları isə zəbt etmək mümkün olmurdu. İlk təcrübi hallar məndə təşviş yaratdı və bir müddət fasilə verdim. Fasilədən sonra yalnız qızlarla işləməyə başladım. İlk tələbələrimin müəyyən qədər təlimi var idi. Bilirsiniz, sindromlu uşaqlarla kontakt qurmaq asan məsələ deyil. Bəzilərinin nitqi zəifdir, bəzilərinin eşitməsi. Daun sindromluların spesifik bir özəlliyi var: təriflənməyi, əzizlənməyi dəhşətli dərəcədə sevirlər. Birini onun yanında tərifləsən, bitdi, artıq heç bir hərəkət etməyəcək, sakit, özünəqapanmış formada oturacaq və belə desək, qınına çəkiləcək. Ta ki, onu tərifləyənə, öpüb-qucaqlayana qədər bu proses davam edəcək.
Daun sindromlular fiziki baxımdan yorulmağı hiss etmirlər. Yorulurlar, dayanırlar. Ancaq niyə yorulduqlarını bilmirlər. Daha sonra onların boynunda həssas yer var ki, o nahiyə zədə alsa, ölüm riski çoxalır. Yəni boynu üzərinə yıxılsalar, ölə bilərlər. Ona görə onlarda boyun hissəsi daha qalındır.
Bir də belə insanlarda ehtiraslanma yüksəkdir. Lakin bu, bizim bildiyimiz seksual ehtiraslanma deyil. Onlar rənglərə, səslərə, işığa tez reaksiya verirlər. Rəngli bir şey geyinəndə fikirləri ancaq məndə qalır, aksesuarlarım səs çıxarırsa, gözlərini onlara dikirlər. Ona görə çalışıram ki, dərs vaxtı bu məqamlara diqqət edim, aksesuar taxmayım. Onlarla göz kontaktı qurmaq olduqca çətindir. Gözləri bir nöqtəyə fokuslanmır. Autizm reabilitasiya mərkəzində öyrəndim ki, onların fikirləri olduqca dağınıqdır. Müəllim diqqət cəlb etmək üçün bərkdən nəyisə taqqıldadır. Ancaq daunlarla bunu etmək mümkün deyil. Onlara bir az səsini ucaldan kimi diksinirlər və özlərinə qapanırlar. Ona görə də gərək onları sığalla, pişim-pişimlə öyrədəsən. Belə uşaqlar, ümumiyyətlə, çox istedadlı olurlar. Bir tələbəm var idi. Muncuq tikməkdən ötrü ürəyi gedirdi. Ancaq adi insanlardan fərqli olaraq, parçanı çevirib muncuğu tərs tərəfdən tikirdi. Özü üçün yeni üsul kəşf etmişdi”.
Lakin bu cür xüsusi uşaqlarla işləmək Əzizə xanım üçün heç də çətin deyil. Bunu onunla söhbət edərkən daha yaxşı dərk etdim. O qədər, səlis, həlim və adı kimi əziz danışır ki, insanı öz gözəl dünyasının ab-havasına asanlıqla sala bilir. “Kilimçi”nin başlıca məqsədi də elə budur: insanlara gözəl, öz əllərilə toxuduğu dünya bəxş etmək.
“Əvvəllər xalçaçılıq, aşpazlıq, dərzilik kimi sənətləri uşaqlar evində tədris edirdilər. Ona görə kimsəsizlər dövlət qayğısından çıxandan sonra özlərinə iş tapa bilirdilər. İndi bunu etmək mümkün deyil. Onlara sənət vermirlər. Əvvəl dərs dediyim uşaqları tapıram və görürəm ki, heç yaxşı yolun yolçusu olmayıblar. Çünki əllərində heç bir sənətləri, bacarıqları olmayıb. Mən bu gün könüllü olaraq hər yerdə dərs deyə bilərəm. İstəyərəm ki, bütün uşaqlar evində öyrədim bu sənəti. Lap o uşaqlar kursumuza gəlsinlər. Ancaq pedaqoji, hüquqi sənədim olmadığına görə məni hər yerə buraxmırlar”-, deyir Əzizə xanım.
“Səbir etmək, yola vermək, anlaşmaq…”
Arzusunun səbəbini isə belə izah edir:
“İstərdim ki, bu sənət uşaqlar evində, sığınacaqlarda öyrədilsin. Çünki bu sənət insanların matorikası üçün əhəmiyyətlidir. Xalçaçılıqda insan hər iki əlini eyni zamanda işlədir. Bu da beynin hər iki yarımkürəsinin paralel fəaliyyətdə olması deməkdir. Xalça toxuyan zaman sol əlin son iki barmağı bütün prosesə nəzarət edir. Bu da hər sənətdə mümkün olmayan bir şeydir. Xalça toxumaq həm də mental arifmetikanı mükəmməlləşdirir. Riyazi qabiliyyəti artırır. İnsana səbir etməyi öyrədir.
Biz xalça toxuyanda zikr edirik. Bütün pisliklərdən uzaqlaşır, əsəblərimizi soyuduruq. Buna görə də xalçaçılıq çox maraqlı və faydalı sənətdir. Xüsusilə, uşaqların matorikası, danışıq qabiliyyətinin yaxşılaşması üçün faydalıdır. Əllərimiz nə qədər çox işləyirsə, beyin yarımkürələri o qədər fəaliyyətdə olur. Bu da birbaşa insanın dilinə, nitqinə təsir edir. Bu prosesdə uşaqlara nəsə öyrətməklə yanaşı, özüm onlardan da çox şey öyrənirəm: səbir etməyi, yola verməyi, anlaşmağı və s.”
Təbii ki, toxumaçılığın sadalanan bütün faydaları körpələrdə qalıcı təsirlər buraxır. Əzizə xanım deyir ki, öncəliklə, fantaziyalar kamilləşir. Hətta bəzi tələbələrdə parodiya etmək qabiliyyəti də yaranıb:
“Elə tələbələrim var ki, evdə məni parodiya edirlər. Onlara tutduğum iradları onlar da öz valideynlərinə tuturlar. O gün birinə demişəm ki, filan şeyi yemə, bu ziyandır. O da gedib evdə öz anasına deyib ki, ana, onu yemə. Müəllimə deyir ki, ziyandır”.
Oxucularımızın “Qobelen” sənətinin xüsusiyyətlərinin marağında qaldığını düşünüb bu sualın cavabını da elə işin mütəxəssisindən almaq istəyirəm:
“Qobelen”in xalçaçılıqdan nə kimi fərqləri var?
“Uşaqlar uzun müddət eyni işlə məşğul olmaqdan yorulurlar. Hər gün gəlib eyni şeyi nə qədər edəsən axı? İlmə vurmaq da bir yerə qədər maraqlı olur. Lakin “qobelen” belədir ki, burada istənilən materialdan istifadə edib toxuduğun əşyanın üzərinə əlavə edə bilərsən, müxtəlif fantaziyalar qura bilərsən. Toxuduğun əşyanı xovlu da, xovsuz da edə bilərsən. Xalçada hər ilməni nəzərə almaq, yadda saxlamaq vacibdir. Ancaq “qobelen”də buna ehtiyac yoxdur. Toxumaq istədiyin şeyin eskizini çəkirsən və təqribi toxuyursan. Uşaqların da istədiyini toxuya bilməsi onlara daha maraqlı gəlir. Ən əsası çətin olmur. Tələbə matorikası üçün toxuma texnikasını öyrənir, nə toxuyacağı isə artıq onun öz ixtiyarındadır”.
“İpək xalçaları oğlan uşaqlarına toxutdururdular ki…”
Əzizə xanım xalça sənətinin məktəbləri və tarixi ilə də yaxından tanışdır:
“Qobelen” kilim və xalçanın daha asan versiyasıdır. Kilim xovsuz xalçadır və çeşidləri azdır. Yalnız ornamentlərlə işlənir. “Qobelen” tətbiqi incəsənətdir. Çeşidləri genişdir. Xalça isə bunların daha dərin, çətin versiyasıdır. Hətta xalçanın bir neçə məktəbi var: Qarabağ, Şirvan, Gəncə-Qazax… Bu məktəblərin də özünəməxsusluqları mövcuddur: Qarabağ xalçalarında tünd rənglərdən istifadə edilir, Şirvanda nisbətən açıq rənglər hakimdir. Gəncə-Qazaxda isə iri ornamentlərlə toxunur.
Keçmişdə Şamaxıda böyük xalça sexi fəaliyyət göstərib. Maraqlıdır ki, orada kiçik oğlan uşaqlarını çalışdırıblar. Bunun da xüsusi səbəbi olub. Birincisi, uşaqlarda görmə qabiliyyəti böyüklərə nisbətən daha yaxşıdır, daha diqqətli olurlar. Üstəgəl, uşaqların barmaqları nazik olur. Ən çətin toxunan xalça növü ipək xalçalardır. Çünki orada səhv etmək materialı ziyana vermək deməkdir. İpək xalçanı qırxdıqdan sonra yerdə qalan materialı yenidən toxumaq mümkündür. Bunu isə yalnız barmaqları kiçik olan şəxslər edə bilərdilər. Günün sonunda isə onlara zəhmətləri qarşılığında pul deyil, çörək veriblər. Hazırda Hindistanda da bu ənənə davam edir”.
Gözlərimi divarda məşhur və məşhur olmayan filmlərin obrazlarından, rəssamların, cizgi filmlərinin müxtəlif personajlarından çəkə bilmirəm. Bu əsərlər isə uşaqların dünyagörüşündən və fantaziyasından çox şeyi xəbər verir. Burada “Atena” musiqi qrupundan məşhur italiyalı heykəltaraş və rəssam Amadeo Modilyaninin “Ceyn” əsərinə, uşaqlığımızın sevimli cizgi filmlərindən tutmuş, Məryəm anaya qədər hər cür personya rast gəlmək mümkündür. Əzizə xanım isə bu müxtəlifliyi belə izah edir:
“Biz uşaqlara yalnız toxumağı öyrətmirik. Çünki bu yorucu prosesdir. Biz həm də uşaqlarla rəsm çəkirik, musiqiyə qulaq asırıq, rəqs edirik, mahnı oxuyuruq. Düzdür, daun sindromlularla bunları ütmək çətindir. Çünki onlar nisbətən ləng hərəkət edirlər. Ancaq autizmli uşaqlar bizimlə ayaqlaşa bilir, hərəkətdə olmağı sevirlər”.
Əzizə xanım söhbətimizi dəzgahların qarşısında, ilmələrlə davam etdirməyi təklif edir və birlikdə sehrli dünyanın rəngli sonsuzluğuna qərq oluruq…