Bakıda nazirliyə məxsus binada yanğın – Video

Bakıda nazirliyə məxsus binada yanğın – Video Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.

Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Oxşar xəbərlər