“Azərbaycan prezidentinin əfv sərəncamı düşündürcü və böyük humanizm göstəricisi olan bir qərardır. Bir daha öz adımdan və Əfv Komissiya üzvləri adından cənab prezidentə dərin minnətdarlığımızı bildirirəm”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Elmira Axundova deyib.
Bu əfv sərəncamnılnın çox düçündürücü bir sərəncam olduğunu dilə gətirən E. Axundova bildirib ki, burada bir neçə məqama toxunmaq istəyirəm:
“Əvvəla, mən əfv sərəncamı nəticəsində azadlığa çıxan insanların, onların ailə üzvlərinin hər birini təbrik edirəm, gözaydınlığı verirəm. Çünki, bu, doğrudan da, çox böyük hadisədir, çox böyük humanizm siyasətidir. Eyni zamanda, cənab prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Növbəti dəfə böyüklük, humanistlik göstərərək belə bir addıma getdi, yüzlərlə ailəni, minlərlə insanı sevindirdi. Həmçinin, üzvü olduğum Komissiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Çünki onlar ötən bu müddət ərzində çox gərgin işləyiblər. Komissiya üzvlərindən elələri var ki, vaxtları olmadığı zamanlarda belə, vaxt, zaman ayırıb Komissiyanın iclaslarında, müraciətlərə baxılmasında və onların araşdırılmasında yaxından iştirak ediblər.
Mən eyni zamanda onu da qeyd etmək istərdim ki, məhbusların əfv olunaraq azadlığa çıxması cəmiyyətdəki bir çox insanları narahat etməsin. Çünki bəzi insanlar əfv olunan insanların yenidən cinayət törədəcəyindən təlaş keçirirlər. İnsanların diqqətinə çatdırmaq istərdim ki, heç bir narahatçılıq, təlaşa əsas yoxdur. Ən azından ona görə ki, əfv olunanlar sırasında qatı cinayətkar, bu və ya digər insanı amansızlıqla, qəddarlıqla qətlə yetirmiş heç bir xüsusi təhlükəli məhkum yoxdur. Belə insanlar əfv edilmir və indiyədək edilməyib də...”.
Bununla belə, deputat əlavə edib ki, əfv olunanlar sırasında hansısa mübahisə nəticəsində adam öldürmüş və ya qəza törədərək, insan həyatına son qoymuş məhkumlar var:
“Bunlar da cinayəti qəsdən, bilərəkdən etməyiblər. Onlar da bilmədən, istəmədən bu cinayətin bir növ qurbanına çevriliblər. Odur ki, onların da azadlığı çıxması insanlarımız, cəmiyyətimiz üçün təhlükə yaratmır. Bununla yanaşı, xırda, yüngül xuliqanlıq hərəkətlərinə yol verən məhkumlar var ki, onların da cəmiyyətin üçün elə bir təhlükəsi yoxdur.
Burada çox maraqlı bir məqamı da diqqətə çatdırım ki, bizim siyahımızla azadlığa çıxan insanlar ikinci dəfə cinayət etmirlər. Bu, özü çox böyük göstəricidir”.
Millət vəkili narahatedici bir məqama toxunaraq ölkədə məişət zorakılığı halları, avtoqəza hadisələri nəticəsində cinayətlərin kəskin surətdə artmasından təəssüfləndidiyni diqqətə çatdırıb:
“Bunu Komissiyamızın iclasında daxili işər naziri cənab Ramil Usubov da təsdiq etdi. Bildirdi ki, istər məişət zorakılığı ilə, istərsə də avtoqəzalarla bağlı hadisələr artmaqdadır. Onu da dedi ki, baxmayaraq ki, bu yöndə ciddi mübarizə tədbirləri aparırıq, amma bəziləri hələ də başa düşmürlər ki, belə yüksək sürətlə maşın sürmək, idarə etmək olmaz. Avtoqəzaları törədənlərin əksəriyyəti də ya içkili, sərxoş olurlar, ya da onların çoxunun sənədləri olmur.
Onu da deyim ki, qəza törədib, hadisə yerindən qaçan insan əfv edilmir. Qaçmaq olmaz, bu, insanlıq baxımından da, düzgün deyil. Əksinə, orada, hadisə yerində qalmaq, kömək etmək lazımdır. Bunun özü də həmin insan üçün necə deyərlər, yumşaldıcı bir haldır. Əfv məsləsində daha bir məqamı diqqətə çatdırmmaq istərdim. Bəzən hansısa məhkumu əfv siyahısına salmaq istəyirik, amma islah-əmək müəssislərindən yaxşı olmayan xasiyyətnamələr gəlir. Bu zaman isə tərəddüd içində qalırıq”.
O, həmçinin qeyd edib ki,əfv edilən insanlar arasında bəzi hüquq-müdafiə təşkilatları tərəfindən müxtəlif siyahılara adları salınan tanınmış insanlar da var:
“Onların təqdim etdikləri siyahıda adları keçənlərin yarıdan çoxunun əfvi təmin edilib. Mən onları da təbrik edirəm istəyirəm və eyni zamanda, bildirmək istəyirəm ki, bir daha bu yola getməsinlər, səhvə yol verməsinlər, cəmiyyətə qovuşsunlar, inteqrasiya etsinlər”.