"Xalq artisti Faiq Ağayev şou-biznes ulduzları arasında çox ağıllı və savadlı adamdır. O, çox bilikli və dünyagörüşlü insandır. Niyə də deputat olmasın?!".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova bildirib.
E.Axundova deyib ki, Azərbaycanda şou-biznes və mədəniyyət sahələri ilə bağlı xeyli problemlər mövcuddur:
"İndi sabah Milli Məclisin iclası olacaq. Əgər imkan olsa, mən sabah iclasda mədəniyyətlə bağlı problemləri qaldıracam. Amma Faiq Ağayev bu sahədəki problemləri daha yaxşı qaldıra bilər. Axı onların da bir çox problemləri var. Bu günlərdə dünyasını dəyişən tanınmış aktrisamız Amaliya Pənahova vaxtilə millət vəkili olub. O, Milli Məclisin ən fəal və dəyərli millət vəkillərindən biri idi. Bu gün xalq artistimiz Zeynab Xanlarova da millət vəkilidir, zaman-zaman aktual məsələləri qaldırır, milləti maraqlandıran dəyərli fikirlər söyləyir. Bütün bunlara görə də deputatlıqda ayrı-seçkilik salmaq olmaz ki, filankəs şou-biznes adamıdır. Bu cür yanaşmalar düzgün deyil. Millət vəkili olmaq insanın dəyərindən asılıdır. Yəni, hökm deyil ki, millət vəkili ancaq professor və ya akademik olmalıdır. Deputat olmaq hər bir insanın istəyi ola bilər. Kiminsə buna qarşı çıxmağa ixtiyarı yoxdur. Dünyada da hər bir adamın millət vəkili olmaq hüququ var".
Deputat qeyd edib ki, şou-biznes adamlarının da deputat olmaq haqqı var:
"Seçicilərimiz bu seçimi hər bir insanın dəyərindən asılı olaraq edirlər. İnanıram ki, Faiq Ağayev kimi adamlar da deputat seçilsələr, fəal və enerjili çalışarlar və yeni nəfəs gətirərlər".