Mərhum xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü barədə danışıb.
Sənətkarın həyat yoldaşı "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycanda hər zaman sənət adamlarına qarşı yüksək səviyyədə diqqət və qayğı olub:
"Prezident İlham Əliyevin həmin görüşdə sənət adamlarının problemlərini dinləməyi və yerindəcə reaksiya verməyi bir sənətkar xanımı kimi məni çox sevindirdi. Təbii ki, sənətkarların sosial problemləri nə qədər az olsa, yaradıcılıığa bir o qədər çox zaman ayıra bilərlər. Ancaq çox istərdim ki, belə əlamətdar günlərdə, görüşlərdə mərhum sənətkarların ailələri də yad edilsin. Yaşar Nuri 2012-ci ildə vəfat edib. Amma oynadığı obrazlar bu gün də aktualdır, əlli il sonra da aktual olaraq qalacaq. Deməli, dünyasını dəyişmiş sənətkarlar bu gün həyatda olmasalar da, zamanında yaratdıqları obrazlarla, gördükləri işlərlə hələ də mədəniyyətimizə xidmət edirlər. Çox istərdik ki, belə bir görüş dünyasını dəyişmiş sənətkarların ailələri ilə də keçirilsin".
Qeyd edək ki, Y.Nuri 2012-ci ildə vəfat edib. Sənətkarın iki qız övladı var.