Azərbaycandan gedən mikroavtobus qəzaya düşdü, 7 nəfər öldü – Video

Azərbaycandan gedən mikroavtobus qəzaya düşdü, 7 nəfər öldü – Video Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikro avtobusun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb.

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyevin ONA-nın Rusiya bürosuna verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. O bildirib ki, hadisə saat 5:30 radələrində baş verib.

Hazırda hadisə yerinə araşdırma aparılır.


Oxşar xəbərlər