Bu ərzaqları mikrodalğalı sobada qızdırırsınızsa... — Elə bilin ki, zəhər yeyirsiniz

Bu ərzaqları mikrodalğalı sobada qızdırırsınızsa... — Elə bilin ki, zəhər yeyirsiniz Mikrodalğalı soba mətbəxdə insanların işini asanlaşdıran ən lazmlı məişət avadanlıqlarındandır. Lakin ondan düzgün istifadə edilmədikdə sağlamlıqla bağlı bir sıra problemlərə gətirib çıxara bilər.
Medicina.az bildirir ki, bəzi ərzaqlar mikrodalğalı sobada qızdırıldıqda öz faydalı xüsusiyyətlətini itirərək hətta orqanizm üçün təhlükəyə çevrilir.

Donmuş ət

Ətin buzunu mikrodalğalı sobada tez əritmək mümkündür. Amma bunu etmək məsləhət deyil. Bir qayda olaraq ət yalnız kənarlardan qızır, amma ətin içi yenə də buzlu qalır. Bundan əlavə, ətin qeyri-bərabər qızması onda bakteriyaların çoxalmasına səbəb olur ki, bu cür ərzaqdan istifadə etmək təhlükəli ola bilər. Ətin buzunun əridilməsinin ən yaxşı yolu onu soyuducunun aşağı hissəsində bir müddət saxlamaqdır.

Yumurta

Yumurtanı mikrodalğalı sobada qabıqlı halda qətiyyən bişirməyin! Sobanın içində istilik qəfil artdığı üçün yumurtanın qabığının altında güclü təzyiq yaranır və yumurta partlayır. Əvvəlcədən bişmiş yumurtanı da mikrodalğalı sobada qızdırmaq məsləhət deyil. Çünki onun tərkibində olan zülallar qızarkən xüsusiyyətlərini dəyişərək sağlamlıq üçün ciddi təhlükə yaradırlar. Bura yumurtalı yeməklər də daxildir.

İspanaq və digər yaşıl göyərtilər

Qızdıran zaman yaşıl göyərtilər və ispanaq göz önündə sanki quruyur və öz faydalı xüsusiyyətlərini itirirlər. Bundan əlavə onların tərkibində olan nitratlar istinin təsiri ilə zəhərli maddəyə çevrilərək insanı zəhərləyə bilər.

Meyvə və giləmeyvələr

Meyvə və giləmeyvələr hətta dondurulduqda belə öz faydalı xüsusiyyətlərini saxlayırlar. Amma əgər siz bu ərzaqları dondurucudan çıxararaq mikrodalğalı sobada əritsəniz, o zaman onların tərkibində olan bütün minerallar və vitaminlər məhv olacaq. Hətta bu maddələr şüaların təsiri ilə konseragen maddələrə də çevrilir. Bundan əlavə, bəzi şirəli meyvə və giləmeyvələrin tərkibində çox maye olduğu üçün qızdıran zaman partlaya da bilərlər.
Toyuq

Toyuğun tərkibində qırmızı ətdən çox zülal var. Yaxşı olardı ki, artıq qalmış toruq yeməyini qızdırmadan istifadə edəsiniz. Səbəbi isə toyuğun mikrodalğalı sobada qızarkən tərkibindəki zülalların quruluşunun dəyişməsi və sağlamlığa ciddi zərərlər verməsidir. Əgər toyuğu qızdırmalısınızsa, o zaman ən aşağı temperaturda və uzun müddətə edin.

Göbələk

Göbələk də toyuq kimi zülal mənbəyidir. Faydalı xüsusiyyətlərinə baxmayaraq göbələyi də qızdırdıqda hətta sağlam insanın həzm sistemində problemlər yarada bilər. Bu məhsulu hazırlanan kimi isti halda yemək məsləhətdir. Əgər göbələk səhəri günə qalarsa, o zaman onu ya soyuq halda, ya da qazın üzərində qızdıraraq yeyə bilərsiniz.

Süd məhsulları

Süd məhsullarının tərkibində həzm üçün faydalı bifido və laktobakteriyalar mövcuddur. Qızdırıldıqda onlar məhv olur, məhsul dadını və keyfiyyətini itirir. Buna görə də süd məhsullarını otaq temperaturunda istifadə etmək lazımdır.

Bal

Bal soyuducuda qaldıqda kristallaşır, yapışqan və bərk olur. Bu, balın təbii olduğundan xəbər verir. Onu əvvəlki halına gətirmək üçün bir çoxları mikrodalğalı sobadan istifadə edir. Amma bunu etmək lazım deyil, çünki belə olduqda balın tərkibində olan bütün faydalı xüsusiyyətlər itir. Yaxşı olardı ki, balı təbii halda və ya su hamamında 40 dərəcədən çox qızdırmadan qəbul edəsiniz.

Oxşar xəbərlər