Şabalıdın insan orqanizminə faydası və ziyanı

Şabalıdın insan orqanizminə faydası və ziyanı Qızıl payızın bəxş etdiyi meyvələrdən biri də şabalıddır. Azərbaycanda şabalıd mətbəxdə daha çox plov və bəzi xörəklərdə istifadə edilir. Bundan başqa şabalıd qovrulmuşunu xoşlamayan demək olar ki, yoxdur.
“Ölkə.Az” xəbər verir ki, şabalıdı yeyərkən həddən artıq qəbul etmək bir sıra problemlərə səbəb ola bilər.

Şabalıdın tərkibində karbonhidrat miqdarı yüksək olduğu üçün 3 ədəd şabalıd bir dilim çörəyə bərabərdir.



Bundan başqa şabalıdın tərkibində dəmir, soda, potasium, maqnezium, sink, A, E və C vitaminləri var.

Şabalıdın tərkibində potasiumun miqdarı çox olduğu üçün böyrək xəstələri həkimlə məsləhətləşməlidirlər. Diabet xəstələri və arıqlama pəhrizi edənlər şabalıd yeyərkən diqqətli olmalıdırlar.

Bundan başqa şabalıdı qovuranda alova çox yaxındırsa, kanserogen təsiri göstərə bilər.



100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbonhidrat var. Şabalıd bu xüsusiyyətlərinə görə insana toxluq hissi verir.

Şabalıdın tərkibindəki A vitamini infeksiyalara qarşı orqanizmi qoruyur. C və E vitaminləri isə immuniteti gücləndirir. Qripə qarşı orqanizmi qoruyur, hüceyrələrin yaşlanmasının qarşısını alır.

Şabalıdın tərkibindəki potasium qan təzyiqini stabilləşdirir, hiper qan təzyiqini aşağı salır, ürək-damar xəstəliklərindən qoruyur.



Rus alimləri bildirirlər ki, şabalıd bir sıra xroniki xəstəliklərin müalicəsində faydalıdır. Bir sıra dərmanların hazırlanmasında şabalıddan istifadə edilir.

Şabalıd suyu kapilyarların elastikliyini bərpa edir və varikoz genişlənməsinin qarşısını alır. Şabalıd yuxarı tənəffüs orqanlarına müsbət təsir edir, həzmetmə prosesini sürətləndirir.

Şabalıd suyu gemoroy və qadın uşaqlıq borusu qanaxmasında, diareya və malyariyada da təsirlidir.

Amma şabalıd hər kəs üçün faydalı deyil. Onun əks təsirləri də var.



İlk növbədə mədə-bağırsaq traktı pozulan insanlara və mədəsində qanaxma olan insanlara məsləhət deyil.

Bundan başqa qan xəstəliyi və şəkərli diabet xəstəliyi olanlara da şabalıd qadağandır.

Oxşar xəbərlər