Taleh Əliyev: “Mitinqə hazırlıq məsələsi…”; Əvəz Zeynallı: “Mitinq yarışmasına çıxmaq doğru deyil”
Qarabağ Komitəsi 16 fevrala “Qarabağa azadlıq” şüarı ilə təyin etdiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Komitənin həftənin üçüncü günü keçirilən iclasında bu barədə qərar qəbul edilib.
Hazırda mitinqlə bağlı ən çox sual doğuran məsələlərdən biri icazə verilib-verilməyəcəyi barədədir. Bu da səbəbsiz deyil. Belə ki, QK-nın indiyə qədər iki mitinq müraciətinə mənfi cavab verilib. Bundan əlavə, Müsavat Partiyasının 12, Milli Şuranın (MŞ) isə 26 yanvar mitinqinə icazə verilməyib. Amma MŞ-nın 19 yanvar mitinqinə icazə verilməsi azacıq da olsa ümidləri artırır.
Onu da qeyd edək ki, Milli Şuranın 16 fevraldan öncə mitinq keçirmək niyyətində olduğu barədə iddialar səslənir. MŞ-nın gələn həftə icazə üçün BŞİH-ə müraciət edəcəyi deyilir. Bunun birbaşa QK-nın fəaliyyətini və mitinq qərarını kölgədə qoymaq niyyəti daşıdığı ehtimal edilir.
QK-nın dönəm sədri, Ümid Partiyasının sədr müavini Taleh Əliyev “Yeni Müsavat”a bunları dedi: “Qarabağ Komitəsinin bu həftə keçirilən növbəti toplantısında təşkilati məsələlər, 16 fevral mitinqinin müzakirəsi, ictimai dinləmələrin keçirilməsi və cari məsələlər müzakirə edildi. Eyni zamanda, mitinqə hazırlıq məsələsi müzakirə olundu. Akif Nağının, Pənah Hüseynin, Sahib Kərimlinin, Tural Abbaslının, Əvəz Zeynallının və mənim imzalarımla Bakı Şəhər İcra Hakimiyyətinə 16 fevral mitinqi ilə bağlı müraciət olundu. Qarabağ Komitəsi eyni zamanda Xocalı qatili olan erməni cəlladına Gürcüstanda qoyulan abidəyə etirazını bildirdi və belə bir fikir ifadə olundu ki, təkcə Gürcüstanda yox, bütün dünyada qatillərə və insanlıq düşmənlərinə abidə qoyulmamalıdır. Qərara gəlindi ki, məsələyə etiraz edib düşüncələrimizi çatdırmaq üçün Qarabağ Komitəsi Gürcüstan səfirliyinə müraciət edib görüş istəsin”.
QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı mitinqə icazə verilməyəcəyi təqdirdə hansı addımları atacaqlarını açıqladı: “Biz hələ ki mitinqə icazəni gözləyirik. Qərar olmadan nə edəcəyimizi açıqlamırıq. Əminəm ki, mitinqə icazə veriləcək. Biz ”Məhsul stadionu”na 30 mindən çox insanın gələcəyini düşünürük. Müraciətimizə mənfi cavab verilərsə, komitə toplaşıb qərarını verəcək. Milli Şuranın 19 yanvar mitinqinə icazə veriləndə demişdim ki, hakimiyyətin belə addımlarına ciddi fikir verməmək lazımdır, yəni bir quruma mitinq keçirmək üçün icazə verməsinə, digərinə isə yox deməsinə. Hakimiyyət iki dəfə Qarabağ Komitəsinə, bir dəfə Müsavat Partiyasına mənfi cavab verib. Düşünürəm ki, Milli Şuranın mitinqinə hakimiyyət icazə verməklə müxalifət daxilində qalmaqal yaratmaq istədi. İstənilən halda, düşünürəm ki, hakimiyyət 16 fevral mitinqinə icazə verə bilər. İqtidarın olduğu kimi, demokratik düşərgənin də planlaşdırması olmalıdır. Hökumət kimə icazə verirsə versin, əsası mitinqlər keçirilsin. Unutmaq olmaz ki, bizim mitinq Qarabağla bağlıdır, şüarlarımız da fərqlidir”.
Ə.Zeynallı MŞ-nın mitinq planının olması barədə gəzən söz-söhbətlərə də toxundu: “Milli Şura müraciət etsə belə, istənilən halda onlarla bizim aramızda tələblərdə fərqlər var. Bu baxımdan hesab edirəm ki, hakimiyyət Milli Şuraya icazə verməyib, Qarabağ Komitəsinə icazə verə bilər. Eləcə də, bunun əksi da ola bilər. Onu qeyd edim ki, mitinq qərarını bizim verdiyimiz vaxt 16 fevrala qədər heç bir aksiya yox idi. Əslində, biz 15-20 yanvar arası Qarabağ Komitəsinin mitinqlərini keçirməyi planlaşdırdıq. Sadəcə olaraq, Müsavat və Milli Şuranın ard-ardakı mitinq qərarları bizi fikrimizdən daşındırdı. Düşündük ki, mitinq yarışmasına çıxmaq doğru deyil. Biz Milli Şuranın mitinqlərinin davamlı olacağını düşünüb, 16 fevrala aksiya təyin etdik. Siyasi nəzakət gərəyi ilə Milli Şura bunları nəzərə almalıdır. Əgər nəzərə almırlarsa, 16 fevraldan öncəyə mitinq keçirməyi planlaşdırırlarsa, Qarabağ Komitəsini heçə sayırlarsa, o zaman Milli Şuraya ancaq uğur diləyə bilərik. Onların mitinqinə icazə verilsə, həm dəstəkləyəcəm, həm də iştirak edəcəm”.