Soyuq su içmək artıq çəkidən xilas olmağa kömək edir — Mif yoxsa reallıq?

Soyuq su içmək artıq çəkidən xilas olmağa kömək edir — Mif yoxsa reallıq? Çəki itirmək deyəndə ilk olaraq idmanla məşğul olmaq və sağlam qidalanma nəzərdə tutulur.
“Ölkə.Az” xəbər verir ki, bununla yanaşı digər üsullar da var. Bildiyimiz kimi çəki itirmək üçün çoxlu miqdarda kalori yandırmalıyıq. Artıq çəki həddən artıq çox qida qəbulu zamanı yaranır. Bəs orqanizm kalorini necə yandırır?
Soyuq su içmək artıq çəkidən xilas olmağa kömək edir — Mif yoxsa reallıq?










Orqanizm kalorini metabolizm sayəsində, fiziki aktivlik və həzm sayəsində yandırır. Soyuq su içmək vasitəsilə artıq çəkidən xilas olmaq da mümkündür.
Bu üsul necə yaranıb?

Qida barədə aparılan çoxsaylı tədqiqatlara baxmayaraq, alimlər kalorini effektiv yandırmanı tam anlaya bilmirdilər. Amma 2003-cü ildə alman tədqiqatçı qrupu təcrübədə iştirak edən 14 iştirakçının vəziyyətini analiz edərək məlum etdilər ki, onlar soyuq su içəndə kalori azalması sürətlənir. Məlum olub ki, bir saat ərzində soyuq su içmə kalori yandırmağı 30% artırır. Gün ərzində 2 litr soyuq su içmək isə 200 kalori yandırmaq deməkdir.
Təbii ki, gün ərzində 2 litr su içmək çoxdur. Amma 100 kalori də yandırmaq kifayət qədər ciddi nəticədir. Təəssüflər olsun ki, sonradan məlum oldu ki, təcrübənin üsulu səhvdir və metabolizm 30% yox, bir az artıb.

Soyuq su kalori yandırırmı?
Yandırır. Orqanizm metabolizm sistemi ilə istənilən soyuq suyu daxili tempratur səviyyəsinə çatdırmağa çalışır. Bunu başqa üsulla izah edək. Qaynar içkiyə bir buz parçası atanda, qaynar su istilik enerjisindən istifadə edərək buzu əridir. Orqanizm də qəbul edilən soyuq suyu isitmək və daxili tempratura uyğunlaşdırmaq üçün enerji sərf edir.

Bir litr suyun tempraturunu 1 dərəcə artırmaq üçün 1 kalori lazımdır. Amma unutmaq lazımdır deyil ki, kilokalori də var. Adətən kalori bir qram suyu bir dərəcə artırmaq üçün lazım olan enerji miqdarıdır. Kilokalori isə qidadan alınan enerji miqdarı vahididir. Bir kilokalori də 1000 kalori var. 100 kilo kalori yandırmaq üçün 100 min kalori sərf etmək lazımdır.



Deyək ki, siz 500 milliqram su içmisiniz. Onun tempraturu da 0 dərəcədir. Onu bədən 37 dərəcəyə çatdırmaq üçün nə qədər enerji sərf etməlidir? Bunun üçün isə orqanizm 17.5 kilokalori sərf etməlidir. Əgər gün ərzində üç dəfə belə su içsək, deməli gün ərzində 70 kilo kalori yandırmış olarıq. Həftəlik bu rəqəm 490 kilo kalori deməkdir.



Ümumi olaraq isə demək lazımdır ki, buzlu su içmək sağlam qidalanma və fiziki hərəkətləri əvəz etməməlidir. Amma bu üsul da sizə artıq çəki və kaloridən xilas olmağa kömək edər.

Oxşar xəbərlər