Müasir dünyada sürətlə inkişaf edən və dəyişən texnologiyalar kommunikasiyanın asanlaşmasına və məsafələrin azalmasına səbəb olub. Bunlar isə istehsal və istehlakın artmasına, nəticə etibarilə də dünyada ticarətin dövriyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Ticarətin sadələşdirilməsindən sadəcə dövlət, ixracatçı və idxalçı fayda əldə etmir. Eyni zamanda, məhsulu istehlak edənlər də onu münasib qiymətə əldə edə bilir. Bu da toplumun rifahında mühüm rol oynayır.
Ticarəti daha effektiv idarəetmək məqsədini hədəfləyən bir proses olan ticarətin asanlaşdırılması nəqliyyat və çatdırılma, idxal, ixrac və gömrük prosedurları, təhlükəsizlik kimi bir çox məsələni əhatə edir. Bunların fonunda mal-məhsulun yerli və beynəlxalq bazarlara çıxarılması üçün tələb olunan məlumatların toplanılması və sənədləşdirilməsi, işlənilməsi və çatdırılması prosedurlarının uyğunlaşdırılmasını da özündə cəmləşdirir.
Dünyada ticarət münasibətlərinin yaranmasının tarixinə qısa nəzər salsaq, görərik ki, müxtəlif zamanlarda xarici ticarət əlaqələrinin qurulmasında hər ölkə fərqli prosedurlar tətbiq edib. Bu cür fərqli yanaşmalar isə xarici ticarətin inkişafına müxtəlif əngəllər yaradıb.
Buna görə də, əsasən Qərb ölkələri ticarətin inkişafına mane olan halların aradan qalxması üçün müxtəlif işlər görüb.
İlk olaraq Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) ticarətin asanlaşdırılması üsullarının 1 nömrəli Tövsiyəsi “BMT-nin xarici ticarət sənədləri üçün formulyar-nümunələri”ni qəbul edib. Daha sonra Ümumdünya Ticarət Təşkilatının 1947-ci il, “Tarif və ticarət üzrə Baş Saziş”ində – maddə V (Azad tranzit), maddə VII (Gömrük məqsədləri üçün malın dəyəri), maddə VIII (İdxal və ixracla əlaqədar yığımlar və formallıqlar), maddə IX (Mənşə haqqında qeydlər) və maddə X (Ticarət qaydalarının nəşri və tətbiqi) – üzvlər üçün beynəlxalq ticarət sövdələşmələrinin həyata keçirilməsinin asanlaşdırılmasına çağıran öhdəliklər öz əksini tapıb.
1970-ci ildə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı elektron gömrük sistemini yaradıb. Bu nüfuzlu qurumun ticarəti asanlaşdırmaq məqsədilə 30-dan çox qərar və tövsiyəsi mövcuddur.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) bu tövsiyələrin bir çoxunu İSO standartı olaraq qəbul edib. Bu prosedurlara ticari fəaliyyət üçün sənəd formatı, ölkə kodları, tarix və zamanın rəqəmsal olaraq göstərilməsi, təslimetmə formaları, valyutanın əlifba sırası ilə göstərilməsi, bir pəncərə sistemi, ödəmə və daşıma formasının kodları və.s daxildir.
Bundan əlavə, Ümumdünya Ticarət Təşkilatının bir neçə sazişləri də ticarətin asanlaşdırılmasına aiddir. Bunlara Gömrük dəyəri üzrə Saziş, İdxal lisenziyalaşdırılması üsulları üzrə Saziş, Yükləmədən əvvəl yoxlama üzrə Saziş, Mənşə ölkəsi qaydaları üzrə Saziş, Ticarətdə texniki maneələrə dair Saziş, Sanitar və fitosanitar tədbirlərin tətbiqi üzrə sazişlər aiddir.
1953-cü ildə isə fəaliyyətə başlayan və rəsmi olaraq 1994-cü ildə Ümumdünya Gömrük Təşkilatı adını alan təşkilatın vəzifəsi isə gömrük idarələrinin effektivliyini artırmaq və beynəlxalq qaydaları müəyyənləşdirməkdir. Ümumdünya Gömrük Təşkilatının “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyası (dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası) (Azərbaycan Respublikası bu Konvensiyaya 9 dekabr 2003-cü ildə qoşulub), 2005-ci ilin iyununda qəbul etdiyi “Dünya Ticarətinin Təhlükəsizliyi və sadələşdirilməsi – “Çərçivə Standatları” strategiyası və digər instrumentariyaları Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Ticarət Təşkilatının qaydaları ilə müəyyən edilən yüksək prinsiplərin həyata keçirilməsini praktiki vasitələrlə təmin edir.
Əsasən dəyişdirilmiş Kioto konvensiyası və onu müşayiət edən rəhbəredici normalar Ümumdünya Ticarət Təşkilatının yüksək prinsiplərinin həyata keçirilməsinin praktiki rəhbərliyini və əsasını təşkil edir.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 2006- ci ildə apardığı araşdırmaya əsasən, bir ticari prosedurun 30-a qədər tərəfi, 40-a yaxın sənədi və 200-ə qədər fərqli məlumat bazası var. Bütün bu məlumatların 70 faizini ən az bir dəfə yoxlamaq tələb olunur. Bu isə artıq vaxt itkisidir. Dünya Bankının 2010-ci ildə Effektiv Loqistika İndeksi sənədinə görə isə, beynəlxalq səviyyədə ticarəti asanlaşdıraraq onun həcmini yarı-yarıya artırmaq iqtisadiyyatda 377 milyard dollar (9,7 faiz) məbləğində böyüməyə səbəb ola bilər. Eyni sənəddə qeyd olunan başqa bir məlumatda bildirilir ki, sadəcə gömrük prosedurlarının asanlaşdırılması isə dünya miqyasında iqtisadiyyatda 33 milyard dollarlıq böyümə yarada bilər.
Beləliklə də, yuxarıda da qeyd etdiyimiz kimi, Qərb ölkələri təsis etdikləri beynəlxalq təşkilatlar və ərsəyə gətirdikləri çoxsaylı müqavilələrlə xarici ticarətdə tələb olunan sənədlərin sayını azaltmağa, həmçinin nəticə verməyən və təkrarlanan sistemlərin ləğvinə nail ola biliblər. Eyni zamanda, ən az xərc çəkilərək istehsal olunan məhsulların az xərc çəkməklə də sərhədlərdən keçməsi və istehlakçıya çatdırılması kimi bir çox xarici ticarəti sadələşdirən məsələləri də həll ediblər.
Xüsusilə qeyd olunmalıdır ki, sürətlə dəyişən və inkişaf edən, rəqabətin artdığı, məhsuldar olmayan proseslərin kənarda qaldığı bir şəraitdə bir ölkənin gömrük proseslərinin faydalı şəkildə yerinə yetirilməsi iqtisadiyyatın böyüməsi və inkişafı üçün kritik bir əhəmiyyətə sahibdir. Elə buna görə də, 2017- ci ildə dünya ticarətinin həcmi 17,7 trilyon dollar ətrafında civar edib.
Ümümdünya Gömrük Təşkilatının bir üzvü kimi ölkəmiz dünyada baş verən iqtisadi proseslərdən və ticarət zəncirindəki yeniliklərdən kənarda qala bilməzdi. Azərbaycan dünya ticarətində rəqabətyönlülüyünü davam etdirmək üçün ticarətin asanlaşdırılması ilə bağlı sazişin gömrük müddəalarından irəli gələn məsələlərin həllinə yönəlik layihələr həyata keçirməli idi. Çünki gömrük-ticarət əməkdaşlığı çox böyük əhəmiyyətə malikdir. Belə əməkdaşlıq kommersiya praktikasında baş verən dəyişikliklər barədə məlumatlı olmağa imkan verir, gömrük orqanı çərçivəsində öyrənilməsi və qiymətləndirmə mexanizmi üçün əhəmiyyətli məlumatları təqdim edir və gömrük qanunvericiliyinə könüllü riayət olunmasının inkişaf etdirilməsinə potensial şərait yaradır.
Bu məqsədlə də həyata keçirilən ən mühüm yeniliklərdən biri “bir pəncərə” sisteminin tətbiqidir. Azərbaycan region ölkələri içərisində kağızsız texnologiyadan istifadə edən lider dövlətlərdən birinə çevrilib. Bu gün gömrük orqanlarında prosedurların hər biri elektronlaşdırılıb. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Belə ki, yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Beləliklə də, Azərbaycan dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib.
Ticarətin sadələşdirilməsi istiqamətində proseslərin davamlı və ölkə iqtisadiyyatına daha çox fayda gətirməsi məqsədilə prezident İlham Əliyev tərəfindən müxtəlif sərəncamlar və fərmanlar verilib. Belə ki, 2016- ci ilin 4 martında “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, 2016-cı ilin 6 dekabrında “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” fərmanı, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli sərəncam,”Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, 2016-cı il 4 mart tarixli sərəncamlar verilib.
Bu sərəncamların verilməsində əsas hədəf Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması və tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsidir. Fəaliyyətin əsas istiqamətləri isə mövcud beynəlxalq sazişlərin imkanlarından istifadənin genişləndirilməsi, yeni beynəlxalq sazişlərə qoşulma yolu ilə müasir standartların tətbiqidir. Eyni zamanda, Azərbaycanın üzv olduğu beynəlxalq sazişlərin imkanlarından istifadənin genişləndirilməsidir.
Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının (1975, TIR Konvensiyası) tətbiq edilməsi məqsədilə prezident İlham Əliyev “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncam imzalayıb. Qeyd edək ki, BYD konvensiyasının 74 tərəf dövləti olmasına baxmayaraq, bunlardan yalnız 62-də BYD proseduru tətbiq olunmaq üçün açıqdır və yalnız 36 ölkədə TIR-EPD sistemi tətbiq olunur.
Ölkəmizdə bu sistemin tətbiqi, BYD proseduru çərçivəsində daşımaların tam elektronlaşdırılmasını nəzərdə tutan e-TIR pilot layihələrinin həyata keçirilməsi mühüm hazırlıq tədbirlərindən biridir.
Prezidentin 2 iyun 2017-ci il tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə qarşıya qoyulmuş tapşırıqlar Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılmasıdır. Bu məqsədlə həyata keçirilmiş mühüm tədbirlərdən biri 2017-ci ildə ölkəmizə qeyri-formal müşahidəçi statusunun alınmasıdır. Gələcəkdə görüləcək işlərdən biri “Ümumi Tranzit Proseduru haqqında Konvensiya” və “Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiya”ya qoşulma, Dövlət Gömrük Komitəsinə Ümumi Tranzit Proseduru və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi” nə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstəkdir. Bunun üçün isə qanunvericiliyin uyğunlaşdırılması, inzibati və əməliyyat imkanlarının genişləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları tətbiq etmək lazımdır. Bu sistemlərin tətbiqi nəticəsində məlumatlar əvvəlcədən mübadilə olunur. Bu da idxal, ixrac və tranzit əməliyyatlarına sərf olunan vaxtı azaldır. Gömrük riskləri təhlil edilir, sənədləşdirilmə sadələşdirilir, malların daşınması ilə əlaqədar vahid inzibati sənəd tərtib olunur. Daşıma zamanı xərclər minumuma endirilir. Real vaxt rejimində daşımalara nəzarət, sərhədlərdə gözləmələr aradan qaldırılır. Vaxtı minimuma endirmək insan resurslarından daha səmərəli istifadə etməyə imkan verir.
Yola saldığımız 2018- cildə ticarəti asanlaşdırmaq məqsədilə həyata keçirilən bir neçə mühüm tədbirin adını sadalamamaq mümkün deyil.
Belə ki, ötən il dekabrın 7-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin – TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib. Seminarda bildirilib ki, TIR-EPD sisteminin Dövlət Gömrük Komitəsi sistemində tətbiqi ilkin mərhələdə 2018-ci ilin 10 dekabr tarixindən 2019-cu ilin 10 yanvar tarixinədək pilot qaydada tətbiq ediləcək. Layihədən faydalanan daşıyıcılar tərəfindən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına TIR-EPD sistemi vasitəsilə təqdim edilməsi nəticəsində gömrük risklərinin təhlili sisteminin fəaliyyətinin səmərəliliyi daha da artacaq. Bu da BYD proseduru altında həyata keçirilən daşımalar zamanı gömrük-sərhəd buraxılış məntəqələrində bu nəqliyyat vasitələrinin prioritet qaydada keçidini təmin etməklə, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətnin optimallaşdırılmasına gətirib çıxaracaq.
TIR-EPD sisteminin 1 ay müddətini əhatə edəcək pilot fazası ərzində Komitənin aidiyyəti struktur bölmələri tərəfindən proseslərin monitorinqi aparılmaqla, təkmilləşdirilməsinə ehtiyac olan sahələr müəyyən olunacaq və sistemin tam şəkildə BYD prosedurundan istifadə edən xarici daşıyıcılara da şamil edilməsi üçün zəruri tədbirlər görülüb.
Bundan əlavə, dekabrın 24-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl dəhliz” buraxılış siteminin tətbiqi” adlı tədbir keçirilib.
Tədbirin məqsədi Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli fərmanından irəli gələn məsələlərin icra mexanizmilə bağlı sahibkarları məlumatlandırmaq olub.
“Yaşıl dəhliz” buraxılış sistemi artıq pilot variantda həyata keçirilir. 2019-cu il fevralın 1-dən isə ixracda tam tətbiq olunacaq. Nəticədə sahibkarlar gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada gömrük orqanına göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra edə, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını həyata keçirə bilərlər. Bu qayda vətəndaş-məmur təmasını minimuma endirməklə şəffaflığın tam təmin olunmasına şərait yaradır. Eyni zamanda, fevral ayının 1-dən idxal əməliyyatları ilə məşğul olan sahibkarlar da bu sistemin faydalarından yararlanacaq. Yeni sistem maliyyə intizamının gücləndirilməsinə, sahibkarlar arasında könüllü riayət prinsipinin formalaşmasına şərait yaradacaq.