Türkiyə ən genişmiqyaslı əməliyyatına hazırlaşır – 80 min hərbçi hazır vəziyyətdə

Türkiyə ən genişmiqyaslı əməliyyatına hazırlaşır – 80 min hərbçi hazır vəziyyətdə Türkiyənin Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər.

Trend-in məlumatına görə, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

Bundan əvvəl, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

Xatırladaq ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi.

Oxşar xəbərlər