Bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında oğluna baş çəkib. Bu barədə “Turan” məlumat yayıb.
“Mehmanla görüşüm bir saatdan çox davam etdi. Müəssisənin rəisi vəd etdi ki, gələcəkdə də oğlumla görüşə şərait yaradılacaq”, – R.Hüseynov Turan agentliyinə bildirib. “Mən ondan xahiş etdim ki, qida qəbul eləsin, nə istəyirsə gətirərəm,”- o qeyd edib.
“Alma, nar, müxtəlif ərzaq aldım. Xahiş etdim ki, yesin, ancaq yeməsə kamera yoldaşlarına versin. Bilmirəm, mənə qulaq asacaq, ya yox”, – R.Hüseynov deyib.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.