“Himnimizi dəyişmək istəmirik. Bununla bağlı hansısa planımız da yoxdur. Sadəcə himni yüksək səviyyədə aranjiman etmək olar”.
Bu barədə Azvision.az-a Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib. Onun sözlərinə görə, dövlət himni melodiya dəyişmədən aranjiman oluna bilər.
“Himnin melodiyasına toxunmadan onu yüksək səviyyədə aranjiman etmək olar. Himnimizi sinfonik orkestrin, nəfəsli və digər alətlərin ifasında eşitmişik. Bunların hamısı peşəkarlıqla ola bilər. Sadəcə aranjimana qulaq asmaq lazımdır. İnşallah, yüksək peşəkarlıqla aranjiman edərlər. Bir şərtlə ki, onu dəyişməyə və ya gözəlliyini korlamağa cəhd edilməsin”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Kərimlinin sözlərinə görə, himnimiz beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq. O, deyib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.
Xatırladaq ki, Tahir Kərimli bundan əvvəl çıxışlarının birində himnin həcminin azaldılmasını təklif etmişdi. Onun təklifi birmənalı qarşılanmamış, etirazlara səbəb olmuşdu.