Millət vəkili Tahir Kərimlinin Milli Məclisin plenar iclasında səsləndirdiyi fikirlərdən sonra dövlət himni növbəti dəfə müzakirə mövzusu olub
Bu, dövlət himninin istər söz, istərsə də müsiqisi ilə bağlı aparılan ilk müzakirə deyil. Dəfələrlə aparılan bu müzakirələr heç vaxt cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Axar.az xəbər verir ki, 26 yaşlı himnlə bağlı ilk dəfə 1992-ci il mayın 27-də parlamentdə “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edilib. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilib.
Öncə mətni, sonra müsiqisi hazır olan himn
Himnimizin musiqisi olan “Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunub. Musiqisi isə ondan sonra bəstələnib.
“Azərbaycan marşı” 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman edilərək lentə yazılıb, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilib.
Əhməd Cavad, Cəmo bəy Cəbrayılbəyli, yoxsa Cəmo bəy Hacınski
Uzun illər himn haqda heç bir müzakirə getməsə də, sonradan onun sözlərinin görkəmli şair Əhməd Cavada aid olmaması iddiası ortaya atılıb. Müzakirəyə çıxarılan isə Azərbaycanın dövlət himninin mətninin həqiqi müəllifinin Əhməd Cavad, Cəmo bəy Cəbrayılbəyli, yoxsa Cəmo bəy Hacınski olması ilə bağlı olub.
Əhməd Cavadşünaslar bu məsələ ilə bağlı ümumiyyətlə mövqe bildirmək istəməyiblər. Tanınmış şairlərin çoxu isə himnin sözlərinin çox zəif olduğu fikrini irəli sürərərk, onun yenilənməsinə tərəfdar kimi çıxış ediblər.
Məlumata görə, hətta bir neçə xalq şairi mərhum prezident Heydər Əliyevə himnin sözlərinin dəyişdirilməsini də təklif edib. Lakin H.Əliyev bu mətni "müqəddəs" adlandıraraq, onun dəyişdirilməsinə qarşı çıxıb və bununla da müzakirə dayanıb.
“Müqəddəs himn” növbəti müzakirədə
Lakin 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmlər namizədi Asif Rüstəmli himnimizin sözlərinin Əhməd Cavada aid olmadığı iddiasını yenidən ortaya atmışdı. Rüstəmlinin sözlərinə görə, Ə.Cavadın müəllif kimi qəbul edilməsi heç bir faktla əsaslandırılmayıb. Üstəlik, Ə.Cavadın o dövrdə nəşr olunan heç bir kitabında himnin mətni olmayıb.
Hətta millət vəkili olan xalq şairi Vaqif Səmədoğlu sağlığında bu müzakirələri yersiz hesab edərək himnin sözlərini və musiqini dəyişdirməyin düzgün olmadığını bildirib.
Mərhum şair V.Səmədoğlu müsakirələr gedən zaman Əhməd Cavadın himnimizin mətn müəllifi olaraq qəbul edilməsinin əsaslandırılmış şəkildə olduğunu bildirmişdi:
“İndi hər kəs bir söz danışır. Biri deyir, sözləri Camo bəy yazıb, başqa birisi deyir Əhməd Cavad yazıb. Hətta mətni Üzeyir bəyin özünün də yazdığını deyənlər var. Mən də fikrimi bildirim. 1968-ci ildə maestro Niyazi Türkiyədən "Azərbaycan" adlı jurnal gətirmişdi. Mənə zəng vurub bu barədə danışdı və görüşdük, o, həmin dərgini mənə verdi. Bu jurnal bütövlükdə Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuşdu. O mərasimdə çıxış edənlər sırasında Mustafa Vəkilov da var idi. O, "Azərbaycan marş"ından da danışmışdı və jurnalın əvvəlində indiki himnimizin sözləri və notu çap olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir Hacıbəyovun, mətn müəllifi kimi isə Əhməd Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni köçürdüm, həm də notu. Sonra jurnalı Niyazinin özünə qaytardım. Uzun müddət sonra notu Aydın Əzimova verdim, o, musiqinin üstündə işlədi".
“Dəyişmək olmaz - günahdır”
Artıq 1992-ci ildə “Azərbaycan marşı” dövlət himni kimi qəbul ediləndə hamının tanıdığı və məşhur bir marş olub. V.Səmədoğlu bildirib ki, Meydan Hərəkatı illərində əvvəllər mitinqlərdə Üzeyir Hacıbəyovun "Koroğlu" operasından üvertura səsləndirilib. Lakin sonradan üvertura marşla əvəzlənib:
“Milli Məclis himni qəbul edəndə o artıq məşhur idi”.
V.Səmədoğlu sağlığında himnin sözlərini o qədər də keyfiyyətli hesab etməyib. Lakin onun fikrincə, himnin mətninin dəyişdirilməsi elə də vacib deyil: “Dəyişmək olmaz – günahdır”.
Dövlət himninə Tahir Kərimli “damğası”
Mərhum Prezident Heydər Əliyevin müqəddəs hesab etdiyi, xalq şairinin “günahdır” deyib, dəyişilməsini istəmədiyi və illərdir xalqın da dəyişilməsinə qarşı çıxdığı himnin müzakirəsini növbəti dəfə açan millət vəkili T.Kərimli isə hesab edir ki, çoxunun toxunulmaz hesab etdiyi himnin sözləri ilk variandakı kimi deyil, dəfələrlə dəyişiklik edilib.
Hətta millət vəkili sual edib ki, əgər himn müqəddəs idisə, onda niyə dəyişiblər?
“Bizim himnimiz, gerbimiz, bayrağımız ilk variant deyil. Əgər biz deyiriksə ki, ilk variantdakı kimi saxlayaq, bunlar ilk variant deyil. Yəni sözlərində də, şəkilçilərində də dəyişiklik var. Müqəddəs idisə, onda niyə dəyişiblər?
İkincisi, bütün dünya dövlətlərinin himnlərində bir meydangirlik var. Misal üçün, həmin Üzeyir Hacıbəyov Azərbaycan SSR-in himnini yazıb. “Heyratı” üzərində. İndiki himnimizsə bir növ mərsiyə janrındadır, hardasa “Mirzə Hüseyn” segahını xatırladır. Bədbin notlar üzərində qurulub”.
T.Kərimli bildirib ki, himndə iki yerdə nəqarat var, onları dəyişməklə 1 dəqiqə uda bilərik:
“Mən ahəngi ilə maraqlanıram, demirəm ki, sözləri dəyişdirilsin. Bizim himnimiz dünyanın ən uzun himnlərindən biridir, 4 dəqiqə çəkir. Başqa himnlər 2,5 dəqiqədən çox olmur. Dəfələrlə xaricdə, daxildə hamıdan eşidirsən ki, bu himn çox uzundur. Yəni bunu qısaltmaq imkanları var. Sözlərini ixtisar etmədən iki yerdəki nəqarəti götürməklə eləmək olar”.
Qeyd edək ki, Azərbaycan Dövlət Himni 4 dəqiqə deyil, 2 dəqiqə 13 saniyəyə oxunur.