Bu tarixlərdə doğulmusunuzsa... - Bürclər üzrə İNANMAYACAĞINIZ GERÇƏKLƏR

Bu tarixlərdə doğulmusunuzsa... - Bürclər üzrə İNANMAYACAĞINIZ GERÇƏKLƏR Astrologiya müdrik və qədim elmdir. Bu elmdə bir sıra sualların cavabları gizlənir. 12 bürc altında doğulan insanların xüsusiyyətlərindən tutmuş, digərləri ilə münasibətlərinədək hər şeyin açmasını astrologiya bilir. Xüsusən də iki bürcün astanasında doğulanlar üçün astrologiyada maraqlı məlumatlar var.

Məsələn dekabrın 21-i doğulmusunuzsa, özünüzdə həm oxatanın, həm də oğlaqın gücünü hiss edəcəksiniz.

Adətən bürc təhvili tarixində doğulan insanlar çox həssas olurlar. Çünki bir enerji selini digəri əvəzləyir. Onlar digərlərinə nisbətən daha güclü olurlar.

Balıqlar və Qoçun astanası 19-25 mart (Peyğəmbər)

Bu tarixdə doğulan insanlar adətən sehrə malik olurlar. İntuisiyaları olduqca güclüdür. Onlara sanki yaradanın gücündən pay verilir. Öncəgörmə qabiliyyətləri də olduğuna görə astrologiya onlara peyğəmbər adı verir.

Qoç və Buğanın astanası 18-22 aprel (Qəhrəman)

Odun enerjisi ilə torpağın sehri bir-birinə qarşır. Və vulkan əmələ gəlir. Bu günlərdə doğulan insanlar cəsur, mərddirlər. Onların qorxmazlığı digərlərinə nümunədir. Odur ki, qəhrəman sayılırlar.

Buğa ilə Əkizlərin astanası 18-22 may (Müdriklər)

Buğanın enerjisini əkizlərlə birləşdirsək, möhtəşəm vəhdət alınacaq. Bu vəhdətdə doğulanlar isə intellektin zirvəsində pərvaz edəcəklər. Elə yüksəklərdə uçacaqlar ki, onları bəzən yerə endirmək çətin olacaq.

Əkizlərlə Xərçəngin astanası 17-23 iyun (İstedadlılar)

Bəli, bu həftə ərzində doğulanlar müqəddəs enerjidən elə faydalanırlar ki, yaradıcılıq istedadları hər şeydən üstün olur. Ayla Merkurinin qovşağında doğulan bu insanlar istedadlarını doğru yönləndirməyi bacarmalıdırlar.

Xərçəng və Şirin astanası 19-24 iyul (Su pəriləri)

Xərçənglə şirin sehrindən doğulanlar isə öz enerjiləri ilə hər kəsi heyran qoyurlar. Lap elə köhnə nağıllardakı su pəriləri kimi... Odur ki, bu astanada doğulanlara su pərisi deyirlər.

Şir və Qızın astanası 20-24 avqust (Yaradıcılar)

Günəşin şirə təsiri və qızın enerjisi bu astanada doğulan insanlara xüsusi bacarıq bəxş edir. Onlar nəinki texnika sahəsində, eləcə də digər yönlərdə tədqiqatçı, yaradıcı olurlar.

Qız və Tərəzinin astanası 19-25 sentyabr (Elflər)

Bu iki enerji altında doğulanlar isə perfeksionistdirlər. Onlar daha çox qeyri-adilikləri ilə fərqlənirlər. İstənilən münasibətdə tam tarazlığa üstünlük verirlər.

Tərəzi və əqrəbin astanası 21-24 oktyabr (Araşdırmaçılar)

Bu günlərdə doğulan insanlar həqiqətsiz yaşaya bilmirlər. Ona görə istənilən mövzunun mənbəyinə getməyi sevirlər. Bəzənsə həqiqətə qovuşanda sevgiləri də yalan olur. Araşdırmaçılar bəzən bu xüsusiyyətdən əziyyət çəkirlər.

Əqrəb və Oxatanın astanası 20-23 noyabr (Sentavrlar)

Sentavrlar hələ qədim dövrlərdən cəsur sərkərdə və müdrik insanlar sayılırdılar. Odur ki, bu günlərdə doğulan insanlar da ətrafındakıları ruhlandıra, yeni işlərə sövq edə bilirlər.

Oxatanla Oğlaqın astanası 19-25 dekabr (Doğuluş)

Bu günlərdə Günəş kralı yenidən doğulmaq üçün ölür. Odur ki, bu astana doğuluş adlanır. Doğuluş günləri dünyaya gələnlər dünyanı dəyişdirməyə qadirdirlər. Uğurlarının isə bir səbəbi var - inam.

Oğlaqla Dolça astanasında 18-21 yanvar ( Liderlər)

Bu astanada doğulanlar güclü və cəsurdurlar. Onlar yalnız öz həqiqətlərinə inanırlar ona görə də dünyanı öz arxalarınca apara bilirlər. Onlar məhsuldarlıqlarını yüksəltmək üçün hətta öz çərçivələrini qırmağı bacarırlar.

Dolça ilə Balıqların astanası 17-20 fevral (Sehrli pərilər)

Dolçanın əsrarəngizliyi ilə balıqların istiliyi qovuşanda dünyaya sehrli pərilər gəlir. Onlar sanki başqa dünyaya aid qüsursuz insanlardır. Sehrli gücləri ilə ətrafa xoşbəxtlik saçırlar. Nəzərinizə çatdıraq ki, dünyanın pop ulduzu Rihanna da sehrli pəridir.

Oxşar xəbərlər