Əxlaqları ilə heç yaxınlarına belə nümunə olmayanları telekanallarda xalqa “əxlaq dərsi” keçməyə çıxaranlara Milli Televiziya və Radio Şurası sədrinin müavini elə cavab verdi ki…
Azərbaycanın efir məkanı daima müzakirə mövzusudur. Rəsmi səviyyədə tənqidlərə baxmayaraq, bəzi telekanallarda hələ də ucuz şoular, insanların əsəbini tarıma çəkən proqramlar efirə verilir. Üstəlik, əxlaqları ilə heç yaxınlarına belə nümunə olmayanlar telekanallarda xalqa “əxlaq dərsi” keçməyə çıxarılır.
Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev “Xalq qəzeti”nin son sayında geniş məqalə ilə çıxış edib. “Yeni Müsavat” xəbər verir ki, Qafar Cəbiyev məqaləsində əsas sitat kimi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ və hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir” fikrini önə çıxarıb. Yada salaq ki, Prezident Administrasiyasının rəhbəri də vaxtilə televiziyalardakı real vəziyyətlə bağlı sərt mövqe sərgiləyib.
Başabəla aparıcılar, üzdəniraqların təbliğatı
Q.Cəbiyev “Xalq qəzeti”nin məqaləsində bəzi teleaparıcıların efirimizin ciddi probleminə çevrildiyini bildirib. “Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni atalar demişkən, ”xoruz olmasa, sabah açılmayacaq?!”” deyə, MTRŞ rəsmisi sual edib. Q.Cəbiyev son vaxtlar bəzi telekanallarda insanlar üzərində şoular qurmasını da sərt dillə tənqid edib: “Sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcaib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğurur.
Teleradio yayımçılarının işi və qayğısı təkcə baxımlı proqramlar hazırlamaqla tamaşaçıların rəğbətini qazanmaqdan ibarət deyil. Bununla yanaşı, onlar hazırladıqları efir materiallarından həm də qazanc əldə etmək barədə düşünürlər. Yəni reytinq gətirən verilişlər hazırlanmalıdır ki, yaxşı reklamı da olsun. Özəl yayımçılar bu yolda az qala hər qəpik uğrunda çarpışmalı olurlar. Çünki onlar məhz özlərinin qazancı hesabına maddi-texniki bazalarını təkmilləşdirir, işçilərin sosial təminatını yaxşılaşdırır, həm də dövlət büdcəsinə ödəmələr həyata keçirirlər”.
Son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib. Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Yəni insanlar çox yaxşı bilirlər ki, alın təri ilə qazanılmış pullarla bu cür – ifrat dəbdəbə sahibi olmaq qeyri-mümkündür. İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq ”sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz” – MTRŞ rəsmisi məqaləsində yazır. Qafar Cəbiyev qeyd edib ki, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətlə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir: “Bu cür üzdəniraq təbliğat nəticə etibarı ilə gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq”.
Telekanalların uğursuz xəbər siyasəti
MTRŞ rəsmisi özəl telekanallarda xəbər xidməti siyasətini də tənqid edib: “Bu sahədə fəaliyyətini lazimi səviyyədə qura bilməyən yayımçılar heç zaman ciddi uğur qazana bilməyib və bundan sonra da qazanmayacaqlar. İndiki halda xəbərlər xidmətinin təşkili ilə bağlı əsas diqqət çəkən məqamlardan biri ayrı-ayrı yayımçıların sosial şəbəkələrin və bir para qeyri-ciddi saytların yoxlanılmamış informasiyalarının təsir dairəsindən çıxa bilməməsidir. Çox vaxt təqdim olunan xəbərlərin əhatə dairəsi ölkəmizin coğrafiyasını yetərincə əhatə etmir. Mərkəzdən nisbətən uzaq rayonların ictimai-siyasi və mədəni həyatına dair xəbərlər efirlərdə çox nadir hallarda yer alır. Bəzi telekanalların efirinin cəmiyyət üçün o qədər də önəmli olmayan kriminogen xəbərlərlə daha çox yüklənməsi də arzuolunmaz hal kimi dəyərləndirilməlidir. Özümüzün, ailəmizin, dostlarımızın, həmkarlarımızın, bütövlükdə cəmiyyətin hər bir üzvünün daimi təmasda olduğu televiziya və radio da əslində uğurları və problemləri özündə əks etdirən güzgüyə bənzəyir. Yəni biz özümüz necəyiksə, güzgüdəki əksimiz də elədir. Odur ki, elə yaşamaq, elə işləmək, elə düşünmək, elə davranmaq və nəhayət, elə mübarizə aparmaq lazımdır ki, özümüzü və əməllərimizi ekranda görəndə qıcıqlanmayaq”.
Qafar Cəbiyev kimdir?
Qafar Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlib. 1969-cu ildə H.Zərdabi adına KDPİ-nin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, “Zəhmətkeş” rayon qəzetində məktublar şöbəsinin müdiri, “Bilik” cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləyib. 1980-cı ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri olub. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 2007-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin olunub. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə edib. Dörd monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir. “Qızıl qələm” mükafatı laureatıdır.