Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli bayağı verilişləri efirə verən Azərbaycan telekanallarını sərt tənqid edib.
S.Həsənli “Ölkə.Az”a açıqlamasında bildirib ki, milli-mənəvi dəyərlərə zidd olan verilişlərin efirə verilməsi yolverilməzdir.
Rektor həmin verilişlərlə bağlı müvafiq addımlar atılması üçün Milli Televiziya və Radio Şurasına da çağırış edib:
“Həmin bayağı verilişlərə Milli Teleradio Şurası ciddi nəzarət etməlidir. Bəzən eyib halları efirə verirlər. Telekanallarda bayağı və ucuz şou proqramlar həddini aşır. Hər şey qədərində gözəl olur. Nə olursa olsun, əgər həddini aşırsa, o yaxşı qəbul olunmur”.