Milli Televiziya və Radio Şurası (MTRŞ) radiolarla bağlı apardığı monitorinqlərdə bütün radio yayımçılarını əhatə etməyə çalışıb.
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T.Dadaşovun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən radioların efirində ciddi pozuntu hallarına rast gəlinməyib: "Həmçinin bu radioların proqram səbəti tamamilə balanslaşdırılmış və əsasən maarifçilik xarakterli verilişlərdən ibarətdir. Dövlət büdcəsindən maliyyələşən radiolardan yalnız Avto FM-in efirində müəyyən problemlər diqqəti cəlb edir. Lakin əvvəlki dövrlərlə müqayisədə bir sıra müsbət yeniliklər də müşahidə edilir".
T.Dadaşov vurğulayıb ki, monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib: "Özəl radiokanalların proqram yayımında əsasən əyləncəli verilişlərə, musiqiyə və hər saatın tamamında xəbərlər buraxılışına yer verilir. Bəzi radioların efirində 1-2 veriliş olur, efirin böyük bir hissəsini, bəzən 80%-dən çoxunu sadəcə musiqi axını təşkil edir. Yerli radioların musiqi səbətində də müəyyən çatışmazlıqlar hiss olunur. Belə ki, bəzi radiolar demək olar ki, yerli musiqilərə ya heç yer vermir, ya da çox az yer verirlər".
Şöbə müdiri qeyd edib ki, monitorinqlər zamanı radioların efirində "Televiziya və radio yayımı haqqında" və "Reklam haqqında" qanunların reklam və sponsorluqla bağlı tələblərinin pozulması halları da aşkarlanıb:
"Monitorinqlər zamanı radioların efirində milli-mənəvi dəyərlərə zidd mövzuların müzakirəyə çıxarılması ilə bağlı da bir sıra faktlar müşahidə edilib. Xüsusilə "Media FM"-in efirində "Manpası" verilişində bu cür hallara tez-tez rast gəlinir. Bundan başqa, monitorinqlərdə bir sıra aparıcıların efir mədəniyyətinə, mənəvi dəyərlərə zidd açıq və sətiraltı ifadələrdən istifadə etməsi, verilişlərdə milli-mənəvi dəyərlərə zidd mövzularda müzakirələr təşkil olunması, verilişə zəng edən dinləyicilərin ələ salınması kimi hallar da aşkar edilib. Bütün qeyd olunan məsələlərlə bağlı konkret faktların əksini tapdığı geniş arayış hazırlanaraq Şura rəhbərliyinə təqdim edilib. Radiomonitorinqlərin televiziya monitorinqləri kimi, davamlılığının təmin edilməsi nəzərdə tutulur".