Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 10-da səhər saatlarında Heydər Əliyev xatirə parkında keçiriləcək ənənəvi ikinci “Çay, çəltik, sitrus festivalı” əsl məhsul bolluğu bayramı olacaq.
Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü dillər əzbəri”, “Sitrus bağlarının möcüzəsi”, “Qonaq evin ruzi-bərəkətini artırar” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.
Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng müsiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.
Festival axşam saatlarında şəhər Mədəniyyət Mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq. Keçənilki festivalda iştirak edə bilməyənlər bu imkandan yararlana bilərlər