Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq. Artıq dərs vəsaitinin ilkin versiyası da hazırdır. Dərsin keçirilməsində məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Pedaqoq Fərrux Rüstəmov deyir ki, bu tədris vəsaiti cinslər arasındakı gərginlikləri aradan qaldıra bilər: “Biz bunun fizioloji, biloji tərəflərini yox, pedoqoji hissəsini tətbiq etməliyik. Şagirdlər bir-birini necə dərk etsinlər. Düzgün münasibət qurmaq lazımdır”.
Cinsi tərbiyənin həm də psixoloji tərəfi var. Məhz buna görə də, bu dərsliyi tədris edən müəllimlərin də üzərinə böyük yük düşür.
İlhamə Musaqızı – Psixoloq: “Biz bunu məktəbdə öyrətməliyik. Müəllim hərtərəfli olmalıdır. Müəllim pedaqoq olmalıdır, dost olmalıdır, psixoloq olmalıdır”.
Amma apardığımız sorğuya əsasən, deyə bilər ki, bu dərsin tədrisi ilə bağlı valideynlər arasında zidiyyətli fikirlər var.
Sakin: “Bəyənmədiyim odur ki, uşaqlar vaxtından əvvəl ayılırlar”.
Sakin: “Çox ağıllı fikirdir. Təsdiq olunub, həyata keçirilsə, sevinərik”.
Təklifə əsasən, tədris vəsaiti “Biologiya” və “Həyat bilgisi” müəllimləri tərəfindən dərs kimi keçirilə bilər. Bu məsələdə həm pedaqoqun, həm də ailənin üzərinə müəyyən yük düşür. Ekspertlər deyir ki, mental dəyərləri keçə bilsək, bu dərsliyin müsbət təsiri ola bilər.
Fərrux Rüstəmov – Təhsil eksperti: “Burada söhbət hansısa intim münasibətdən getmir. Burada söhbət qızla oğlanın əxlaqı münasibətindən gedir. Biz qızlar üçün ideal oğlan, oğlanlar üçün ideal qız obrazı yaratmalıyıq. Əxlaqı ilə, sevgisi ilə nümunə olmalıdır”.
İlhamə Musaqızı – Psixoloq: “Şagirdlərimiz var ki, məktəbdə o vəsaiti oxumur, evdə o vəsiti oxumur. Bu kimi hallar olduqda o uşaq o vəsatin nə olacağını bilməyəcək”.
6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saatın ayrılması nəzərdə tutulub. Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub.