"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu gün sürətli sosial-iqtisadi inkişafı ilə bütün dünyanı heyran qoyan, Azərbaycanın yüksəlişində son illər, sözün həqiqi mənasında, bir uğur simvoluna çevrilmiş Bakı şəhəri Nizami rayonunun da sanballı payı var. Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-in apardığı məqsədyönlü siyasətdir. Tapşırılan vəzifəyə məsuliyyətli münasibəti ilə seçilən, fəal vətəndaş mövqeyindən doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu əsirgəməyən, bütün yaradıcılıq enerjisini abadlığa, quruculuğa, əhalinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağa, sosial problemlərin uğurlu həllinə sərf edən Arif Qasımovun fədakarlığı sayəsində Nizami Rayonu müsbət mənada tanınmaz görkəm alıb.
Dövlətin davamlı və yetərli qayğısı sayəsində bu bərəkət diyarının barı, bəhəri aşıb-daşır. Əhalinin dolanışığı müqayisəedilməz dərəcədə yaxşılaşıb. Rayon mərkəzinin siması sürətlə dəyişib, gözəlləşib. Sosial qayğıların uğurlu həlli adamları daha nikbin edib, onların işıqlı sabahlara olan ümidlərini qat-qat artırıb. Elektrik enerjisi, təbii qaz, içməli su ilə bağlı məişət çətinlikləri indi yaddaşların acı xatirəsinə çevrilib.
Həmsöhbətim Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qazanılan uğurlarda dövlət qayğısının əsas şərt olduğunu dönə-dönə vurğuladı:
- Bu gün hər kəsə məlumdur ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu prioritet istiqamət, təbii ki, hər bir dövlət məmurunun fəaliyyətini istiqamətləndirir. Əhalinin daha yaxşı yaşaması, faydalı məşğulluğunun təmin edilməsi üçün dövlətin nələr etdiyini, necə möhtəşəm infrastruktur layihələri həyata keçirdiyini Nizami rayonunun timsalında açıq-aydın şəkildə görmək mümkündür. Dövlətin xalq üçün çalışdığını, xalqa xidmət etdiyini Nizami Rayonunda hər kəs yaxşı bilir və minnətdarlıqla qiymətləndirir. Rayonda formalaşmış sağlam mənəvi-psixoloji mühit xalq, dövlət birliyini sarsılmaz edir, fəal vətəndaş cəmiyyətini şərtləndirir. Dövlətin təşəbbüsü və qayğısı ilə yeni məktəblər, xəstəxanalar, digər sosial obyektlər tikilirsə, içməli su xətləri çəkilirsə, yaşayış məntəqələri qazlaşdırılırsa, yeni rahat asfalt yollar salınırsa, digər zəruri tədbirlər görülürsə, kəndlər, şəhərlər abadlaşdırılırsa, əlbəttə, bütün bunlar əhalinin firavan yaşaması üçün edilir. Bu yöndə Nizami Rayonunda dövlət qayğısından minnətdarlıqla söhbət açılası, dönə-dönə vurğulanası layihələr saysız-hesabsızdır.
P.S. 14 noyabr 2018-ci il tarixində 70 №-li məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən B.Nuriyev küçəsi 1a, 3, 5, B.Çobanzadə küçəsi 59, 61, 71, 73 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşlar istilik sisteminin yenidənqurulması, məhəllədəki xeyir-şər evinə su və işıq xətlərinin çəkilməsi və təmirinə köməklik göstərilməsi, məhəllədəki ağacların suvarılması üçün su kranlarının qoyulması, binaların girişlərinin təmiri və su navalçalarının dəyişdirilməsi və digər sosial məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar qəbul və görüşlər keçirildiyini bildirib və belə görüşlərin təşkilində məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi olduğunu diqqətə çatdırıb.