Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanlarla bağlı son durumu açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Trend-ə bildirib ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfər müalicəsini davam etdirir. Onların 5-i reanimasiya şöbəsində yerləşdirilib ki, həmin şəxslərin də 2-sinin vəziyyəti ağırdır. Xəstəxananın travmatologiya şöbəsində 5 böyük, 2 uşaq müalicəsini davam etdirir.
Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək xəstəxanada 3 xəstə üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib.
S.Əhmədova qeyd edib ki, qəza zamanı yaralanan şəxslərdən 6-sı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilmişdi. Onlardan 2-si artıq ambulator yardım alaraq evə buraxılıb. Hazırda KTM-də müalicə edilən 4 xəstədən birinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağırdır.
Elmi Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilmiş 3 nəfərdən 1-i ambulator yardım alaraq evə buraxılıb. Qalan iki nəfərin vəziyyəti orta ağırdır. Xəstələrdən birinin çiynində sınıq olduğu üçün onun əməliyyat ediləcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 1-də saat 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza nəticəsində 34 nəfər xəsarət alıb. Onlardan 1 nəfəri – 13 yaşlı məktəbli oğlan dünyasını dəyişib.
Hadisə nəticəsində 5 nəfəri azyaşlı olmaqla 27 nəfər yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi.