Kəbirə xanım Məmmədovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Kəbirə xanım Məmmədovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova - Bu gün qalib Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən bəhs edirik. Uğurlarımız daim keçilən yolun təhlilini, Azərbaycanın dünyaya nümunə olan inkişaf modelinin formalaşmasının hansı səylərin nəticəsi olduğunu təhlil etməyi bir zərurət kimi ortaya qoyur.

Bu fikir böyük fəxr və qürur hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə bugünkü uğurların əsası qoyuldu. Ümummilli Liderin Vətəninə, dövlətinə, xalqına bağlılığı, hər addımında xalqının, dövlətinin gələcəyini düşünməsi Azərbaycanın qarşısında geniş imkanların açılmasında əhəmiyyətli rol oynayıb. Ulu öndər Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi kimi deyil, eyni zamanda, öz ideyaları ilə Azərbaycanı Zəfərdən zəfərə aparan əsl azərbaycanlı kimi təqdim edilir. Belə ki, Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəlişi ilə azərbaycançılıq ideologiyasının, milli şüurun inkişafı istiqamətində mühüm addımlar atdı, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoydu.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlərdən danışarkən hər zaman gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, milli-mənəvi dəyərlərimizin, dilimizin inkişafı və qorunması istiqamətində atdığı addımlar xüsusi qeyd edilir. Bu baxımdan ki, hər bir dövlətin, xalqın təqdimatında onun yürütdüyü siyasətlə yanaşı, dili, milli-mənəvi dəyərləri, zəngin dövlətçilik tarixi əsas rol oynayır. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili statusunu qazanmışdır.

Bugünkü Azərbaycan məhz 1969-82-ci illərdə yaradılan möhkəm təməl üzərində uğurla inkişaf edir. Həmin illərdə ölkəmizin iqtisadi inkişafının təmin edilməsi Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi, daha dəqiq desək ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə davamlı uğurlar qazanmasında mühüm rol oynadı. Bu fikir hər zaman böyük əminliklə qeyd edilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaq respublikaları arasında ən qabaqcıl ölkəyə çevirdiyi kimi, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin xilaskarı kimi adını tarixə yazdı və bugünkü inkişafa yol açdı.

Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin təqdimatı oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dayanıqlı inkişafının əsası kimi dəyərləndirildi. İqtisadi qüdrətini artıran Azərbaycan həm də yeni dostlar, tərəfdaşlar qazandı. Yeni-yeni sazişlərin imzalanması, layihələrin gündəmə gətirilməsi ölkəmizə diqqəti daha da artırdı.

Hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin, rolunun artmasında da ifadə olunur. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer tutur. Tarixi həqiqətlərimizin təbliği, Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Məhz bu addımların nəticəsində hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı.

Azərbaycana hansı tərəfdən baxsaq ulu öndər Heydər Əliyevin xidmətlərini görür və bundan böyük qürur hissi keçiririk. Tarixdə şəxsiyyətlərin rolunu daim önə çəkən dövlət başçısı İlham Əliyev bu fikri böyük əminliklə vurğulayır ki, əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Eyni zamanda, bu çağırışı da edir ki, tarixi paralellər fonunda müstəqillik tariximizin ayrı-ayrı dövrlərini müqayisə etməliyik. 1993-2003-cü illər ölkəmizin həyatında həlledici illər olub.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev yolu uğurla davam edir. Dövlət başçısı İlham Əliyev Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin ən böyük arzusu ərazi bütövlüyümüzün bərpası idi. İki ilə yaxındır ki, bu arzunun da reallığa çevrilməsinin sevincini yaşayırıq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq.

**************

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədovadır.

Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Kəbirə xanım Məmmədova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Kəbirə xanım Məmmədovanı heç vaxt əqidəsindən döndərə bilməz.

Kəbirə xanım Məmmədova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Kəbirə xanım Məmmədova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Kəbirə xanım Məmmədova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Kəbirə xanım Məmmədovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Kəbirə xanım Məmmədova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!

Kəbirə xanım Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Binə Ticarət Mərkəzinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. “Etibarlı mənbə”yə etibar etməsin. Sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr “Binə Ticarət Mərkəzində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Kəbirə xanım Məmmədovanı şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova özlərini doğruldublar. Bizdə hörmətli Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər