Almaz İsmayılova şagirdlərə maksimum diqqət və qayğıyla yanaşır - ÖZƏL

Almaz İsmayılova şagirdlərə maksimum diqqət və qayğıyla yanaşır - ÖZƏL Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılovadır.


1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 135 saylı orta məktəbi bitirdikdən sonra 1982-ci ildə N.Tusi adına ADPU –nin İbtidai təhsilin pedaqoqika və metodikası fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Azərbaycan Təhsil Nazirliyi Tələbə Elmi –Tədqiqat işləri üzrə Respublika Şurası tərəfindən XIII respublika elmi konfransında I dərəcəli diploma layiq görülmüşdür. 1986-cı ildən təyinatla Novxanı kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə məktəb rəhbərliyi və RTŞ tərəfindən fəxri fərman, diplomlarla təltif olunmuşdur. 1991-ci ildən pedaqoji fəaliyyətini Ə.Ələskərov adına 244 №li orta məktəbdə davam etdirmişdir. Həmin məktəbdə metodbirləşmə sədri, 1997-ci ildən 2000-ci ilədək Binəqədi RTŞ-də ibtidai siniflər üzrə metodist vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə müxtəlif seminar, konfrans və “dəyirmi masa”ların, müsaqibələrin təşkilinə görə Binəqədi RTŞ, Azad Həmkarlar təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşdur. Açıq dərsləri və sinifdənxaric tədbirləri televiziya və mətbuat səhifələrində işıqlandırılmışdır. Bir neçə konfrans və müsabiqələrin iştirakçısıdır. 2002-ci ildə “Pedoqoji mühazirələr” müsabiqəsinin respublika turunda “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu”nun uşaq hüquqları ilə bağlı müddəalarının öyrədilməsinin praktik əhəmiyyəti” mövzusunda məruzəsi Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür. 2001-ci ildən YAP-ın üzvüdür. 8-ci Binəqədi 27 saylı seçki məntəqəsinin üzvüdür. Azərbaycan Təhsil Nazirliyi və SİTO qrupu tərəfindən keçirilən Azərbaycan Respublikası Təhsil İslahatı Layihəsi, Kurikulum Tədris Materiallarının Hazırlanması və Şagird Qiymətləndirilməsi üzrə Seminar və Vokşop Proqramı” seminarında, bir neçə treninqlərdə iştirak etmiş və sertifikatlara layiq görülmüşdür. Bir neçə məqalə, metodik vəsait və “Ana dili” (V sinif) dərs vəsaitinin müəllifidir. Respublika Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir (2008-2009). Binəqədi-Nəsimi Metodiki Mərkəzdə ibtidai siniflər üzrə Dayaq Məntəqə sədri kimi fəaliyyət göstərmişdir. 2010-2011-ci illərdə MTTYM və Təhsil Nazirliyi tərəfindən “İbtidai siniflərdə yeni fənn kurikulumlarının tətbiqi” ilə bağlı təşkil edilmiş kurslarda təlimatçı kimi fəaliyyət göstərmiş və Azərbaycanın bir çox regionlarında “Fəal təlim” treninqləri keçirmişdir. Ana dili və ədəbiyyat fənnindən dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi və fəal interaktiv təlim kursu XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təlimçi müəllim kimi fəaliyyət göstərmişdir (Bakı). Azərbaycan Respublikası təhsil nazirinin 2011-ci il 07 oktyabr tarixli 11/1012 nömrəli əmri ilə Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur. UNICEF-in maliyyə dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Valideyn-Müəllim-Şagird Əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi çərçivəsində “QHT Menecmenti və Liderlik İnkişaf Proqramı”na əsasən keçirilən təlim kursunda, Azərbaycan Milli Valideyn Müəllim Assosasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova ve Polşada Valideyn-Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadiləsi formalaşması” adlı beynəlxalq konfransda , Bələdiyyə və Təhsil mövzusunda keçirilən treninqdə, Eastern Mediterranean University-nin “Mobile Curriculum 2012” kursunda iştirak etmişdir. Azərbaycan Prezidentinin 2014-cü il 30 sentyabr tarixli 756 nömrəli sərəncamı ilə “Əməkdar Müəllim” adına layiq görülmüşdür. Daha sonra “Potensial direktorlar”kursunu müvəffəqiyyətlə başa vurub, növbəti mərhələlərdən uğurla keçmişdir.


Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəb 1936-cı ildə inşa edilərək istifadəyə verilmişdir. Məktəb inşa olunan zaman 440 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 2006-ci ildə əlavə olaraq 14 sinif otağından ibarət korpus tikilib istifadəyə verilmişdir. Həm azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir. 179 nömrəli tam orta məktəb məktəbimizin məzunu olmuş Qorxmaz Baxşıyevin adını daşıyır. Qorxmaz Baxşıyev 16 iyun 1940-ci ildə Bakı şəhərində anadan olmuşdur. Binəqədi rayonundakı 179 nömrəli tam orta məktəbi bitirmişdir. Qorxmaz orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 1990-cı il hadisələrində təcili yardımda işləmiş və xeyli yaralının həyatını xilas etmişdir. 1992-ci il fevral ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, Şuşa, Xocalı rayonlarında baş verən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin mayın 18-də komandirini və 120 nəfər döyüş yoldaşını xilas edərkən ağır yaralanaraq həlak olmuşdur. 640 yerlik şagird üçün nəzərdə tutulan məktəbdə hal-hazırda tədris həm azərbaycan, həm rus dilində aparılır. Məktəbdə 2716 şagirdin təlim-tərbiyəsi ilə 133 nəfər müəllim məşğul olur. Məktəb 6 günlük, 4 növbəlidir. 2011-ci ildə məktəb əsaslı şəkildə təmir olunmuşdur. Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin edilmişdir.

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli direktor peşəsinə yiyələnən Almaz İsmayılova bu işin müqəddəsliyini qoruyub saxlayır. Almaz İsmayılova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Almaz İsmayılovadan danışdılar yaxşı ki, Almaz İsmayılova Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin drektoru təyin olunub… Almaz İsmayılova öz isguzarlığı ilə tanınır və seçilir….

Almaz İsmayılova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Almaz İsmayılovanı heç vaxt əqidəsindən döndərə bilməz.

Almaz İsmayılova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Almaz İsmayılova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Almaz İsmayılova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Almaz İsmayılovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Almaz İsmayılova şagirdlərə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Almaz İsmayılova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Almaz İsmayılova özünü doğruldub. Bizdə hörmətli Almaz İsmayılovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər