Bu gündən Məhərrəmlik başlayıb. Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir.
Məhərrəm ayı səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub.
Bu ayda təmtəraqlı toy mərasimləri etmək, əyləncələr, şənliklər keçirmək məqsədəuyğun hesab olunmur. Azərbaycanın bir sıra rayonlarında Məhərrəmliyə həssas yanaşılır. Hətta bəzi yerlərdə televizora baxılmır.
Çörəyi toydan, el şənliklərindən çıxan sənət adamları bu ayda demək olar ki, işsiz qalırlar. Bəs onlar, Məhərrəmliklə bağlı hansı bilgilərə sahibdirlər, dəvət olsa, toya gedirlərmi?
Əməkdar artist Baloğlan Əşrəfovun AzVision.az-a dediyinə görə, hələ kiçik yaşlarından Məhərrəmlik haqqında məlumatlıdır.
“Mən körpəliyimdən bu mərasimlə tanışam. Bizim tərəflərdə Məhərrəmliyə hörmətlə yanaşırlar. Bir dəfə mən çox tanınmış şairlərdən birinə sual verdim ki, Məhərrəmlik ayında niyə çalıb oxumaq olmaz? Dedi, sənin atan rəhmətə getsə, yasında çalıb-oynaya bilərsən? Dedim, nə danışırsan, əsla. Cavabında bildirdi, təsəvvür et ki, bunlar bizim atalarımızdan da dəyərli, qiymətlidirlər. Bu, ənənədir. Xalqımız, müdriklərimiz, böyüklərimiz bunu edibsə, biz də əməl etməyi özümüzə borc bilirik. Müsəlmanıq, istəyirik ki, adət-ənənlərimizi qoruyaq”.
Müğənni Tacir Şahmaloğlu Məhərrəm ayında yaradıclıqla məşğul olduğunu deyib: “Yeni mahnılarım var, onlar üzərində işləyirəm. Ancaq toylara dəvət etsələr də, getmirəm. Məhərrəmliklə bağlı bilgilərim məhduddur. Dərinlikləri bilmirəm. Ancaq çalışıram ki, qaydalarına əməl edim”.
Müğənni Nazənin isə bu ayda hətta övladının doğum gününü belə qeyd etmədiyini bildirib: “Mən cənub zonasında böyümüşəm. Orada dinə hörmətlə yanaşırlar. Eyni zamanda atam ilahiyyatçı, savadlı axund olub. Bunların mənə təsiri böyükdür. Məhərrəmliyi həssaslıqla qiymətləndirirəm, hörmətlə yanaşıram. Bizim rayonumuz Astarada iki ay televizoru yandırmırlar. Hörmət edirlər ki, imamlarımızın müsibət günüdür, biz televizorda konsertə baxa bilmərik. Mən gözümü açandan valideynlərimdən bunu görmüşəm. Hətta oğlum Orxanın ad gününü təmtaraqlı qeyd etməyəcəyəm. Tort da bişirməyəcəm. Toy söhbəti əsla ola bilməz, mümkün deyil. Toy üçün ürək edib zəng də vura bilməzlər. Mən bu ayda toy edilməsinə pis baxıram”.