Rusiyalı pranker Aleksey Stolyarov (Leksus) Ukraynanın Müdafiə naziri Stepan Poltoraka Pyotr Poroşenkonun audio-robotu ilə zəng etdiyini və zəngin uğurlu alındığı açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə UNİAN yazıb.
“Biz elan edirik ki, zəng uğurlu alınıb. Poltorak çətinə düşdü və özünə bəraət qazandırmağa çalışdı. Biz ona istefa ərizəsi yazmağı təklif etdikdə isə razılaşdı. Nə etdiyini anladıqda isə bəyanat verərək təmizə çıxmaq istədi”, – Stolyarov bildirib.
Stolyarovun sözlərinə görə, nazir bununla vəziyyəti daha da pisləşdirib. Çünki prankerlər indi söhbətin səsyazısını daha erkən paylaşacaqlar.
Xatırladaq ki, Ukraynanın Müdafiə Nazirliyi rusiyalı prankerlərin Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenkonun ölümü ilə bağlı Poltoraka hazırladıqları telefon oyununun uğursuzluqla nəticələndiyini açıqlamışdı.