Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? - VİDEO

Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? - VİDEO Oğuz rayonunda bir istirahət mərkəzində şəlalayə yaxınlaşmağın pullu olması geniş müzakirə mövzusuna çevrilib. Buna narazılıq edən turistlər də olub. Əməkdaşlarımız bu məsələni araşdırıblar.

Şəlaləyə baxmaq və foto çəkdirməyə görə ödənişin tələb olunması məsələsi müzakirələrə səbəb olub.

Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur. Rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən kecmək ödənişlidir. Sosial şəbəkələrdə müzakirə olunan bu məsələnin araşdırılması üçün əməkdaşlarımız orada olublar. Gələn qonaqlar buranın pulsuz olmasının tərəfdarıdır.

Şəlaləyə yaxınlaşmaq və şəkil çəkdirmək üçün adambaşına 1 manat 20 qəpik, qayıqla 10 dəqiqəlik gəzinti üçün isə 20 manat ödənilməlidir. İstirahət mərkəzində olan şəlalə əslində təbii şəlalədən seçilməsə də 2015-ci ildə istirahət mərkəzinin sahibi tərəfindən yaradılıb. Təxminən 3 km məsafədən çay suyu dəmir boru ilə gətirilərək görünən hündürlükdən qayaların üstünə tökülür.

İstirahət mərkəzinin numayəndəsi ərazinin hər yerində deyil, təkcə şəlaləyə gedən körpüdən suya yaxınlaşmanın ödənişli olduğunu deyir. O bildirir ki, bu şəlalənin onlar tərəfindən yaradılması Oğuz rayonuna türistlərin daha cox cəlb olunmasına səbəb olub.

Xal-xal bələdiyyəsinin sədri Nərman Ramazanov da şəlalənin 2015-ci ildə obyekt sahibləri tərəfindən süni yaradıldığı təsdiq edir. Bələdiyyə sədri bu məsləyə müdaxilə etmək səlahiyətinin olmadıgını bildirdi.


Oxşar xəbərlər