Nejat İşlər döyüldü — Fanatının əri ona hücum edib

Nejat İşlər döyüldü — Fanatının əri ona hücum edib Türkiyənin məşhur aktyoru Nejat İşlərin döyüldüyü iddia edilir.
Türkiyə mətbuatı xəbər verir ki, buna səbəb onun fanatının şəkil çəkdirmək istəyinə yox deməsi olub.

Belə ki, hadisə Bodrumda baş verib. Əyləncə mərkəzlərindən birində qadın Nejat İşlərə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Lakin aktyor onun təklifini rədd edib. Bundan sonra isə qadının əri “sən mənim arvadımı necə incidə bilərsən” deyərək aktyora hücum edib. Kişinin içkili olduğu deyilir.

Oxşar xəbərlər