Türkiyədə özünü Mehdi elan edən fırıldaqçı qadınlarla şəlaləyə girdi — VİDEO

Türkiyədə özünü Mehdi elan edən fırıldaqçı qadınlarla şəlaləyə girdi — VİDEO Türkiyənin Kocaeli vilayətində qəribə hadisə baş verib.
Televiziya, radio və sosial mətbuatda özünü xəstəliklərin şəfası olan “Mehdi” kimi tanıdan Tuncer Çiftçi adlı şəxs yanına gələn qadınlarla birlikdə şəlaləyə girdi.

Tuncer özünü Mehdi elan edib və yüzlərlə insanı aldadıb. O, hətta xərçəng kimi ağır xəstəliyi də dua ilə müalicə etdiyini iddia edib. Onun son görüntüləri isə sosial şəbəkədə hamını şoka salıb. Çiftçi yanındakı qadınlara “Məni sevirsənizsə, suya tullanın” deyir. Qadınlar isə onun dediyini edirlər.

Bir qrup qadınla şəlaləyə gedən Tuncer əlindəki dəyənəklə suyun içinə girir, qadınlardan da şəlalənin altından keçmələrini istəyir.

Fırıldaqçının “Məni ən çox sevənlər şəlalənin altına girəcək və çıxacaq” deyir. Bu zaman fərqli yaş qruplarından onlarla qadın özünü şəlalənin altına atır.
Çiftçi sudan çıxan bir qadına “Məni çox sevirsənsə, bir də suya tullan” deyir. Qadın isə özünü yenidən suya atır.


Türkiyədə özünü Mehdi elan edən fırıldaqçı qadınlarla şəlaləyə girdi — VİDEO



Oxşar xəbərlər