Hirkan Milli Parkında baş verən yanğın söndürüldü

Hirkan Milli Parkında baş verən yanğın söndürüldü Ötən gün Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan və sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçən yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub.

Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.
Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

Oxşar xəbərlər